"Əfqanıstandan xaos yaranmadan çıxmağın bir yolu yox idi".
Xarici KİV xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib. O, xaosun qarşısının necə alacağını bilmədiyini deyib:
“Talibanın müstəsna gücə sahib olacağını bilirdik. Amma bilmədiyimiz şeylərdən biri Talibanın insanların ölkədən qaçmaması üçün nə edəcəyi idi”.
Bayden hazırda Talibanla ABŞ vətəndaşlarının təxliyəsi üçün əməkdaşlıq etdiklərini, onlara icazə verildiyini, lakin ABŞ üçün çalışan əfqan vətəndaşlarının çıxarılmasında çətinliklər olduğunu söyləyib.
Bayden Kabil hava limanındakı müzakirələrə səbəb olan görüntülərə də münasibət bildirib:
“Görüntülərdən sonra düşündüyüm ilk şey o idi ki, buna nəzarət etməli idik. Bu məsələdə daha sürətli hərəkətə keçməyimiz zərurəti idi. Və bunu bacardıq”.
Bayden ümumilikdə Əfqanıstandan ABŞ səfirliyi personalı da daxil olmaqla 3200 nəfərin təxliyə edildiyini deyib.