Koronavirusu ağır keçirən hamilələrdə erkən doğumlar olur

Koronavirusu ağır keçirən hamilələrdə erkən doğumlar olur “Ağır COVID-19 keçirmiş hamilə qadınlarda körpələrin vaxtından əvvəl doğulduğu xəbərləri var. Ancaq erkən doğuşa nəyin səbəb olduğunu dəqiq bilmək çətindir”.

Bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib. O bildirib ki, hamiləlik dövründə böyüyən körpə ananın ağciyərlərinin, ürəyinin, qan dövranının fəaliyyətini artırır:

“Ağır COVID-19-un olması bu vəziyyəti daha da çətinləşdirə və tənəffüs problemlərinə səbəb ola bilər. Bu vəziyyətdə olan bütün qadınlar xəstəxanada yaxından izlənilməlidir. Hərarətə səbəb olan kəskin xəstəliklər erkən doğumla əlaqəli ola bilər”.

Oxşar xəbərlər