Ronaldu "Yuventus"un bazasından əşyalarını götürdü - SON DURUM

Ronaldu "Yuventus"un superulduzu Kriştianu Ronaldu bu gün komanda yoldaşları vidalaşacaq.

"Sky Sport" portuqaliyalı hücumçunun artıq Turin klubunun bazasındakı dolabından şəxsi əşyalarını götürdüyü barədə məlumat yayıb.

Daha öncə Ronaldunun həmyerlisi - jurnalist Qonsalu Mendeş 36 yaşlı forvardın "Mançester Siti"yə transferinin reallaşdığını bildirmişdi.

Xatırladaq ki, Ronaldu 2018-ci ildən "Yuventus"da çıxış edir. O, ötən mövsüm 29 qol vuraraq İtaliya A Seryasının bombardiri olub. /Fanat.az

Oxşar xəbərlər