“Yuventus” dəqiqəyə bir Ronaldu forması satır

“Yuventus” dəqiqəyə bir Ronaldu forması satır İtaliyanın “Yuventus” klubu hər dəqiqədə Ronaldunun bir futbolkasını satır.
Tələbatın həddindən artıq çox olması səbəbindən klubun internet mağazası fəaliyyətini dayandırıb.

Eyni zamanda “Yuventus”a aid atributların satış nöqtələrində böyük növbələr əmələ gəlib.
Turinlilər Ronaldunun hər birinin dəyəri 100 avro təşkil edən 1 milyon formasını satmaq niyyətindədirlər.

Ronaldunun “Yuventus”a keçidi isə italiyalılara 105 milyon avroya başa gəlib.

Oxşar xəbərlər