AZƏRBAYCAN JURNALİSTLƏRİ MƏTBUAT GÜNÜNÜ FƏRQLİ ATMOSFERDƏ QEYD EDİR...

AZƏRBAYCAN JURNALİSTLƏRİ MƏTBUAT GÜNÜNÜ FƏRQLİ ATMOSFERDƏ QEYD EDİR... Azərbaycan jurnalistləri bu il milli mətbuat gününü qalib ölkənin qələm sahibləri kimi qeyd edir.

Ali baş komandan,Prezident İlham Əliyevin əmri ilə 2020-ci ildə Azərbaycan ordusunun əks-hücum əməliyatlarına başlaması jurnalistlər üçün də bir sınaq, bir mübarizə idi. Döyüş bölgəsində baş verənləri ən operativ formada insanlara çatdırmaq üçün mətbuat nümayənləri gecə-gündüz demədən peşə fəaliyyətlərini uğurla icra etdilər. Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılmasında xüsusi fədakarlıq göstərdilər. Lakin təəssüf ki, bu il peşə fəaliyyəti ilə məşğul olan 2 media nümayəndəsi dünyasını dəyişdi. İyunun 4-də Kəlbəcərdə mina partlaması nəticəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov şəhidlik zirvəsinə yükəldi. Hazırlanan xəbərlər, reportajları ilə erməni vəhşiliyini, vandallığını dünyaya yayan mətbuat işçiləri bu dəfə öz ölümləri ilə dünya ictimayyətinin vicdanını sızlatdı. Bir çox aparıcı beynəlxalq təşkilatlar baş verən hadisə ilə bağlı öz etiraz səslərini ucaldaraq Ermənistanı mina xəritələrini verməməkdə qınadı. Baş verənlər Azərbaycan jurnalistlərinin gözünü qətiyyən qorxutmadı. İşğaldan azad edilən ərazilərdə bu gündə ölkə mediasının nümayəndləri müxtəlif istiqamətlərdə peşə fəaliyyətlərini uğurla davam etdirlər.

146 yaşlı Azərbaycan mətbuatı bu gün daha da güclənir. Bu ilin 12 yanvar tarixində Dövlət başçısının fərmanı ilə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması da bu sahədəki boşluqların qaldırılmasını, onlayn və çap mediasının problemlərinin həllinə köməklik göstərilməsini özündə ehtiva edir. Artıq bir sıra qəzetlərə və xəbər saytlarına Agentlik tərəfindən maliyəvəsaiti ayrılıb. Bu prosesin növbəti illərdə də davam etməsi planlaşdırlır.

Bununla yanaşı “Media haqqında” yeni qanun layihəsinin hazırlanması da ölkə jurnalistikasının inkişafına öz töhvəsini verəcək. Layihənin hazıralanmasında daxili və xarici təcrübədən geniş şəkildə istifadə edilib. Qanun layihəsinin yaxın vaxtlarda qəbul edilməsi gözlənilir. Hüquqi cəhətdən sağlam təməllər üzərində dayanan Azərbaycan mətbuatı bundan sonra da öz uğrularını davam etdirəcək.

Sabunçu qəsəbəsi, Cəlal Məmmədyarov adına 155 nömrəli məktəbin

direktoru Ruhiyyə İbrahimova

Oxşar xəbərlər