Bütün dünyanın danışdığı cinayətin əsas şübhəlisi saxlanılıb

Bütün dünyanın danışdığı cinayətin əsas şübhəlisi saxlanılıb Haiti prezidenti Jovenel Moiseyə qarşı sui-qəsdin baş aktorlarından olan şübhəli saxlanılıb.

Xarici KİV-ə istinadla xəbər verir ki, Haiti mediası ABŞ-ın Florida ştatında yaşayan Kristian Emmanuel Sanon adlı həkimin saxlanıldığını yazıb.
Haiti Polis müdiri Leon Çarlz bu barədə yerli mediaya danışıb:

“Hücumçular qaçmağa çalışarkən mühasirəyə düşdüklərində ilk zəng etdikləri şəxs Emmanuel Sanon idi” – o bildirib.

Qeyd edək ki, Haiti prezidentinin yaşadığı iqamətgaha hücum edərək prezidentin və onun həyat yoldaşının ölümündə təqsirli bilinən 19 nəfər saxlanılıb, 10 nəfər məhv edilib.

Oxşar xəbərlər