Ermənistan 30 il Azərbaycanın torpaqlarını işğal altında saxlamaqla özünü dünyadan təcrid edilmiş ölkəyə çevirib. Bu illər ərzində ermənilər özlərində düşmənçilik meyllərini inkişaf etdirməklə ölkələrini iqtisadi və siyasi böhrana sürükləyiblər. Burdan bir sual yaranır. Ermənistanın qonşu ölkələrə qarşı torpaq iddiaları ona nə verdi? Qısa cavab, heç nə. Və SSRİ-nin süqutundan sonra müstəqilliyindən də məhrum oldu. Atalar məsəli var, “Çox istəyən azdan da qalar”. Bu gün Ermənistan azdan da kənarda qalıb. Ölkəsinin blokadada olması və əllərinə düşən 3-5 dolları da minalara verib torpaqlarımızda basdırmaqdan heç nə qazanmadılar. Azərbaycan bu 30 ildə danışıqlar vasitəsilə torpaqlarımızı işğaldan azad etməklə razılaşmaqla Ermənistana inkişafa qovuşmaq üçün şans vermişdi. Amma bunlar öz xain niyyətlərindən əl çəkmədilər və bataqlıqda boğuldular. Böyük arzularla basdırdıqları minalanmış əraziləri Azərbaycanın müzəffər ordusu işğaldan azad etdi. Amma ermənilərin pulları Azərbaycanda torpaqın altında batdı. Həm də səfalətdən və şəraitsizlikdən bu 30 ilə yaxın müddətdə 2 milyona yaxın əhalisi ölkəsindən qaçdı.
Azərbaycan üçün Ermənistan lazım deyil, yaxın və uzaq ölkələrlə qurduğu əlaqələrlə gələcəkdə uğurla inkişaf edib yaşaya bilər. Ermənistan isə düşdüyü vəziyyətdən nəticə çıxarmalı və qonşu ölkələrlə əməkdaşlıq üçün yalvarmalıdır. Çünki, Ermənistanın gələcəkdə mövcudluğunun və inkişafının açarı Azərbaycanla və Türkiyə ilə münasibətlərdən asılıdır. Uzaqda yerləşən və onlara havadarlıq edən ölkələr qonşular arasında düşmənçilyi inkişaf etdirməkdən başqa ermənilərə heç nə verməyib və verməyəcək. Ona görə də nə qədər ki, gec deyil, Ermənistan rəhbərliyi qonşu ölkələrə torpaq iddialarından və düşmənçilik meyllərindən əl çəkməli və qonşulara əməkdaşlıq üçün xahiş etməlidir.
Məmmədova Mətanət, 255 saylı orta məktəbin direktoru