Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti tariximizin ən şanlı səhifələrindən birini təşkil edir. Cəmi 23 ay yaşasa da, çətin bir dövrdə qurulmuş bu dövlət gənc nəslə indi də çox şey öyrədir, zirvələrə addımlamaq üçün özgüvən verir. AXC xalqın müstəqillik arzularının reallaşması demək idi. Bu dövləti daha da gücləndirmək isə ordunun öhdəsinə düşürdü. Həmin dövrdə Azərbaycan həm ermənilərin, həm də bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı idi. Qarışıq vəziyyəti nəzərə alan hökümət 1918-ci il iyunun 19-da bütün Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. İyun ayının 26-da isə diviziya statusunda hərbi korpusun yaradılması barədə qərar qəbul olundu və Azərbaycanda milli ordunun əsası qoyuldu.
1918-1920-ci illərdə görkəmli generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinksi və digər hərbçilərimizin rəhbərliyi ilə yüksək döyüş ruhuna malik, intizamlı ordu formalaşdırıldı. O zaman ordumuzun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Kazım Qacar, Həbib bəy Səlimov kimi bacarıqlı generalları var idi. 1918-ci il avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. Milli ordumuz Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf əraziləri erməni-bolşevik işğalından xilas etdi, Azərbaycan sərhədlərini qorudu. Ordu quruculuğunu daha da gücləndirmək üçün 1918-ci il 23 oktyabrda hökümət iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı. Bu məsələ ilə bağlı qərar 1918-ci il noyabr ayının 1-də imzalandı. Hərbi Nazirlik bərpa edildikdən sonra ordunun qarşısında bəzi çətinliklər dururdu. Belə ki, həm ordumuzun ilkin mərhələsi türk hərbçilərinin rəhbərliyi altında aparılmışdı, həm də azərbaycanlı yüksək rütbəli zabitlərin çoxu xidməti çar ordusunda keçmişdilər. Buna görə də Milli Ordu rus və türk ənənələrinin təsiri altında qalmışdı. Hərbi Nazirlik təxminən bir il yarım ərzində ordumuzu milli ənənələr əsasında formalaşdırmağa nail olmuşdu.
Bu gün Milli Ordu 103 yaşındadır. Bir əsrdən artıq zamanda Azərbaycan çox
təhdidlərlə qarşılaşmış, çox çətinliklər yaşamışdır. Bütün bu çətinliklərdən isə rəşadətli ordumuz sayəsində keçmişik. Qarabağ arzumuzu müzəffər ordumuz reallaşdırıb. Çin, Amerika, Şimali Koreya, Rusiya, Hindistan və s. dünyada ən güclü orduya malik dövlətlər sayılır. Lakin Azərbaycanın Milli Ordusu onların hamısından güclüdür. Çünki bizim gücümüz cəsarətimizdən gəlir. Buna görədir ki, Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyevin təkcə adı çəkiləndə belə dünya lərzəyə gəldi, Vüsal Şahkərimovun topun arxasında mərd duruşu isə düşmənə göz dağı idi. Azərbaycan oğullarında vətən sevgisi, ruh yüksəkliyi var. Bizim oğullar ölümün gözünə dik baxa bilirlər, döyüşə mahnılar oxuyaraq, deyib-gülərək gedirlər. Hər dövlətin böyük ordusu, ən son texnologiyalara əsaslanan silahları, tankları ola bilər, lakin o silahın arxasında dayana biləcək igidləri isə təkcə Azərbaycan xalqı yetişdirir.
Balaxanı qəsəbəsi, 69 nömrəli orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayeva