Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev -Paytaxtda ingilis layihəsinin tətbiqi uğurla davam edir
Görülən işlərinin yüksək səviyyədə aparılması nəticəsində keçən müddət ərzində xeyli irəliləyişlər əldə olunub. Bununla əlaqədar müqavilə şərtlərinə uyğun olaraq bu il mart ayının 1-dən paytaxtın Nizami, aprel ayının 1-dən Nəsimi və may ayının 1-dən isə Yasamal rayonları da bu layihəyə qoşulmuşdur.
Layihənin tədbiqinə hazırlıqla bağlı hər 3 rayonda tələbata uyğun miqdarda konteyner meydançası yaradılib, meydançalara 2 rəngdə - yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılıb.
Sakinlərin rahatlığı üçün ilkin mərhələdə Bakı Şəhər və Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və “Regional İnkişaf” İctimai Birliyinin könüllülər bu işlərə cəlb edilərək mənzillərə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər və izahedici bukletlər paylanılıb, bloklara, həyətlərə, binalara maarifləndirici posterlər yapışdırılıb. Əraziyə cavabdehlər təyin olunub.
Görülən hazırlıq tədbirlərin və təbliğat işlərinin nəticəsi kimi layihənin icrasina mart ayında başlanılan Nizami rayonunda artıq ilkin müsbət nəticələr əldə edilib. Belə ki, əgər Nərimanov rayonunda layihənin tətbiqinin ilk günündə çeşidlənmiş tullantının həcmi bir gündə 4 ton, sonradan isə tədricən 6 və 8 ton olmuşdusa, Nizami rayonunda mart ayının ilk günlərdən 12 ton çeşidlənmiş tullantı yığılaraq yığım məntəqəsinə təhvil verilib. Hazırda bu rəqəm gündəlik təqribən 20 ton təşkil edir. Bu da ilk növbədə, Nərimanov rayonunda əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda Nizami rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər ki, onlara da öz minnətdarlığımızı bildiririk.
Həmçinin qeyd olunub ki, ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün 57 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yeniləşməsinə böyük kömək olmuşdur.
Layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcəkdir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti
Paytaxtdakı yeni meşə-park sakinlərin sevimli ailəvi istirahət yerinə çevrilib
Bu istiqamətdə Bakının və Abşeron yarımadasının təbii landşaftının yaşıllıq zolaqları, meşə-parklarla zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir.
Bu işlər çərçivəsində cari ilin fevral ayının 1-də Bakının Yasamal rayonunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən meşə tipli park yaşıllıqsalma layihələrinin uğurla davam etdiyinin göstəricisidir. Dörd hektar ərazini əhatə edən parkın sahəsinin 70 faizi meşə zonasından ibarətdir. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuş və onlar buranı hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarılıb.
Qısa müddət ərzində sakinlərin sevimli ailəvi istirahət yerinə çevrilən bu park şəhərsalmanın standartlarına və müasir tələblərə uyğun şəkildə qurulub. Ərazi yüksək səviyyəli infrastruktur əsasında abadlaşdırılıb. Yeni park həm də şəhərin sosial-ekoloji vəziyyətinin yaxşılaşması baxımından əhəmiyyətlidir. Park şərti olaraq bir neçə zonaya bölünüb. Əsas məsələ isə bu parkda insanların asudə vaxtlarını keçirmələri üçün bütün şərait yaradılib. Aktiv istirahəti sevən sakinlər üçün əyləncə zonaları yaradılıb, müxtəlif idman qurğuları, uşaq meydançası, həmçinin söhbətgahlar quraşdırılıb, oturacaqlar qoyulub.
Axşam saatlarında, istirahət günlərində parka gələn sakinlərin sayı daha da artır. İnsanlar ailə üzvləri, yaxınları ilə parkdakı istirahət guşələrinə toplaşır, pikniklər təşkil edirlər. Ərazidəki ictimai iaşə obyektlərində sakinlərə müxtəlif xidmətlər təqdim edilir.
Qeyd edək ki, həyata keçirilən bu layihə sosial xarakter daşıyır və onun məqsədi paytaxtda aparılan abadlıq-quruculuq işlərinə töhfə verməkdir. Bundan başqa, layihənin özəlliyini artıran daha bir mühüm məqam ərazidə meşə tipli yeni parkın salınmasıdır. Bu, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin mühüm tərkib hissəsi olmaqla yanaşı, ətraf ərazilərdə yaşayan sakinlərin istirahətinin də yüksək səviyyədə təşkil edilməsinə geniş imkanlar yaradır.