"Formula 1" yarışı ilə əlaqədar bağlanan bəzi küçələrdə hərəkət bərpa edilib. Bu barədə Bakı Şəhər Dövlət Yol Yol Polisi İdarəsi məlumat yayıb. İdarənin şöbə rəisi polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, trekin əhatə etdiyi bəzi küçə və prospektlərdə hərəkətə tətbiq edilən məhdudiyyətlər vaxtından əvvəl aradan qaldırılıb: "Bu gün səhər saat 06:00-dan etibarən Bəhram Gur heykəlinin qarşısından Azneft dairəsi, Niyazi və İstiqlaliyyət küçələri, o cümlədən B.Sərdarov küçəsi istiqamətində ictimai nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib".
Vaqif Əsədovun sözlərinə görə, trekin əhatə etdiyi digər küçə və prospektlərdə tətbiq edilən məhdudiyyətlər isə plana uyğun olaraq 08.06.2021-ci il səhər saat 06:00-da aradan qaldırılacaq.
Vaqif Əsədovun sözlərinə görə, trekin əhatə etdiyi digər küçə və prospektlərdə tətbiq edilən məhdudiyyətlər isə plana uyğun olaraq 08.06.2021-ci il səhər saat 06:00-da aradan qaldırılacaq.