DYP sürücülərə müraciət edib
Bakının mərkəzi küçələrində avtomobillərin hərəkəti dayandırılıb.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, paytaxtın “Neftçilər” prospekti ilə “Əziz Əliyev” küçəsi kəsişməsindən “Azneft” dairəsinə qədər olan hissəsi yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar olaraq qısa müddətdə avtomobillərin hərəkəti üçün məhdudlaşdırılıb.
Onun sözlərinə görə, bunu nəzərə alaraq, bu istiqamətə doğru – Bakı-Ələt yolunun 14-cü km-dən III Kənar Dairəvi Yolla, 20-ci sahə dairəsindən Dağüstü yolla Badamdar qəsəbəsi istiqaməti, Bayıl qəsəbəsindən “Xanlar”, “Mikayıl Hüseynov” küçələri vasitəsilə “Mehdi Hüseyn”, yaxud “Parlament” prospekti istiqaməti, eləcə də “Yusif Səfərov”, “28 May” küçəsi kəsişməsindən “Zərifə Əliyeva”, “Rəşid Behbudov” küçələri kəsişməsindən “Neftçilər” prospekti istiqamətində avtomobillərin hərəkəti dayandırılaraq dəyişdirilib.
Vaqif Əsədov bildirib ki, Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, bu istiqamətlərdə süni sıxlıq və tıxacların yaranmaması üçün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə edilsin, alternativ yollara üstünlük verilsin.