“20 Yanvar günü şəhərin mərkəzi yol və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq”.
Bunu “Ölkə.Az”-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
V.Əsədov deyib ki, yanvarın 20-i səhər saat 08:00-dan mərasim bitənədək, xüsusilə Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti istiqamətində kəsişən küçə və prospektlərdə avtomobillərin hərəkəti müvəqqəti dayandırılacaq.
Onun sözlərinə görə, 20 Yanvar faciəsi qurbanlarını ziyarətə gələn vətəndaşların təhülkəsizliyini təmin etmək məqsədilə Mehdi Hüseyn küçəsi, Teleteatr binasının yanından, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin, Mətbuat prospekti ilə Mikayıl Müşfiq dairəsinin, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişmələrindən Parlament prospekti-Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək:
“Həmin gün Parlament prospekti üzrə hərkət edən sürücülərə alternativ yollardan istifadə etməsi tövsiyə edlir. Sürücülərdən xahiş edirik ki, mövcud vəziyyətlə bağlı alternativ yollardan istifadə etsinlər. Eyni zamanda ziyarətçilərin də ictimai nəqliyyatlardan istifadə etməsi arzu olunandır”.
V.Əsədov 20 Yanvar günü sürücülərin musiqili siqnallardan istifadə etməsinin də qanunla qadağan olunduğunu söyləyib:
“20 Yanvar xalqımızın faciəsidir. Düşünmürəm ki, vicdanı olan hər hansı azərbaycanlı sürücü 20 Yanvar günü səs-küylü və musiqili siqnallardan istifadə etsin. İlk növbədə bu qanunla qadağan olunur. Əgər Yol Polis əməkdaşları tərəfindən bu cür hallara rast gəlinərsə, dərhal qanunun tələblərinə uyğun olaraq lazımı addımlar atılacaq”.
V.Əsədov 20 Yanvar günü sürücülərin avtomobillərdə yüksək səslə musiqiləri də dinləməsinin tövsiyə olunmadığını bildirib.