İraqın paytaxtı Bağdadın Kazımiyyə səmtində partlayış baş verib.
“Xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə, iki nəfər ölüb, 14 nəfər yaralanıb.
Partlayış bir restoranın qarşısında qeydə alınıb.
Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.