Azərbaycan-ABŞ münasibətlərinin böyük potensialı və perspektivi var

Azərbaycan-ABŞ münasibətlərinin böyük potensialı və perspektivi var Azərbaycan Prezidenti İlham Əliyevin Nizami Gəncəvi mərkəzinin təşkil etdiyi konfransdakı qətiyyətli, praqmatik və yaxın gələcəyə hesablanmış, həmçinin münbit situasiyaları təhlil edən çıxışı mühüm mesajlar verdi. Azərbaycan ərazi bütövlüyünü tam bərpa etmək üçün fəaliyyətini davam etdirir və dövlət başçımızın da vurğuladığı kimi ordu quruculuğu sürətlə aparılır. Azərbaycan ABŞ-dan silah almaq istəyir. Bu da çox maraqlı məqamdır. Nəzərə alsaq ki, hazırda ABŞ administrasiyasına erməni lobbisinin təsir etmək imkanı var və gündəmdə daimi qaldırılan məsələ məhz Azərbaycana silah satışının qadağan edilməsidir, onda bu bəyanat birbaşa ABŞ-ın yeni administrasiyasını düzgün istiqamətə yönəltmək məqsədini daşıyır. Söz yox ki, dünya ölkələrinin silah arsenalları heç də Amerika silahlarından ibarət deyil və bunu Bayden administrasiyası da yaxşı dərk edir. Ona görə də, dövlət başçımız mesaj yollayıb ki, ABŞ silahı ilə və yaxud ABŞ silahı olmadan, istər Azərbaycan, istərsə də Türkiyə öz qətiyyətli mövqeyini regional güc olmaqla sərgiləməkdə davam edəcək. Təbii ki, bu mesaj həm də qonşular üçün nəzərdə tutulub. ABŞ özünün Ermənistana olan çoxsaylı təsir imkanlarından istifadə edərək, onları sülhü qəbul etməkdən başqa yollarının olmadığını başa salmalı, anlatmalıdır. Belə ki, hazırkı vaxta qədər bütün bəyanatlarda deyilirdi ki, Ermənistanın əvəzinə bütün siyasi qərarları Rusiya verir.

Ermənistan eyni zamanda ABŞ tərəfindən idarə olunur. Bu isə o deməkdir ki, Ermənistanın indiyənədək törətdikləri bütün cinayətlərində ABŞ-ın da etinansızlığını, biganəliyini və əslində tərəf olmasını sübut edən faktlar var. Misal üçün, ABŞ Minsk qrupunun həmsədr ölkələri sırasında yer almasına rəğmən, 30 ilə yaxın müddətdə Ermənistanın regiondakı qudurğan davranışına göz yumdu, necə deyərlər, nazı ilə oynadı. Yalnız Azərbaycanın şanlı ordusu qudurğanın burnunu tam şəkildə ovaraq yerində oturtmasından sonra regiondakı siyasi prsoeslər, həmçinin oyunçular yerlərini dəyişdilər. Əlbəttə, əgər Bayden administrasiyası son vaxtlar Ermənistanın yenidən müxtəlif cinahlardan hay-həşir salmasına görə ya Azərbaycanı, ya da ölkəmizin strateji tərəfdaşlarını ittiham edəcəksə, onda baş verəcək növbəti proseslərə görə də məsuliyyəti adıçəkilən administrasiya daşımalı olacaq.

Abışova Məleykə, 213 saylı orta məktəbin direktor müavini

Oxşar xəbərlər