Yanvar ayının 11-də Moskvada baş tutan üçtərəfli görüş 10 noyabr tarixində imzalanmış 9 maddədən ibarət bəyanatda ehtiva olunan strateji prinsiplərin təsdiq olunması ilə yanaşı, bundan sonrakı mərhələdə regionda sülhün və təhlükəsiziliyin daha da möhkəmləndirilməsinə olduqca böyük töhfə verən bir görüş oldu. Bir daha sübut olundu ki, münaqişə birmənalı olaraq bitib, bundan sonra gələcəyə fokuslanmaq lazımdır, kommunikasiyaların açılması və regionun inkişafı haqda düşünmək lazımdı. Ermənistan isə özü seçir – revanşizmi unudub bərpa və əməkdaşlıq prosesinə qoşulmasa, yenə kənarda qalacaq. Yox, əgər Ermənistan aqressiv siyasətindən əl çəksə, perspektivdə konstruktiv siyasət nümayiş etdirsə, bu xətti Ermənistan dövləti və cəmiyyəti aparıcı siyasi xətt kimi müəyyənləşdirsə, Ermənistanın regiona inteqrasiyası, regionda reallaşdırılan layihələrə cəlb olunması mümkün ola biləcək ssenaridir. Cənab Prezident də dəfələrlə bildirmişdi ki, Ermənistan işğalçılıq siyasəti yürütdüyü üçün bütün regional layihələrdən təcrid olunub. Nə qədər ki, gec deyil bu xalqın daha yaxşı həyat standartları şəraitində yaşamaları üçün region dövlətləri ilə ədavətə son qoymaq siyasi hakimiyyətlərinin ən düzgün qərarı olmalıdır. Bu gün Ermənistanda vəziyyət ağırdır, əgər Ermənistanın hərbi-siyasi hakimiyyəti ölkələrini ağır vəziyyətdən qurtarmaq istəyirsə, ilk növbədə qonşu Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istiqamətində real adımlar atmalıdırlar. Ermənistan rəhbərliyinin üzərinə böyük iş düşür ki, vəziyyəti düzgün dəyərləndirsin, heç bir kənar fitnəyə uymasın və onlar üçün mövcud olan ən optimal variant kimi Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışsın.
Mühüm amil odur ki, bəyanatda Azərbaycan Prezidenti cənab İlham Əliyevin indiyədək səsləndirdiyi fikirlər öz əksini tapıb. Belə ki, burada Azərbaycanın dediyi kimi, status məsələsi haqda heç nə yoxdur və əsas diqqət yolların açılmasına yönəldilir. O ki, qaldı Paşinyanın “status”la, münaqişənin hələ bitməməsi haqda bəyanatına, bu da məlum məsələdir ki, onun bu sözlərini Ermənistanın daxili auditoriyası tərəfindən qəzəbə tuş gəlməmək üçün səsləndirilən mesaj kimi şərh etmək daha doğru olardı. Çünki Paşinyanın Moskvaya gedərkən Yerevanı hansı şəraitdə tərk etdiyi hər kəsə məlumdur. Müxalifət yolları kəsib onu aeroporta buraxmırdı, radikallar, əasən daşnaklar onun “anti-erməni sənəd” imzalayacağı təqdirdə ölkəyə buraxılmamasını tələb edirdi. Moskvada da ona qarşı səfirlik önündə aksiyalar keçirilirdi. Bu səbəbdən də Rusiya polis qüvvələri Ermənistanın Rusiyadakı səfirliyini ciddi şəkildə mühafizə edirdi. Belə gərgin şəraitdə Paşinyanın “status lazımdı, münaqişə bitməyib” kimi bəyanat verməsi ona qarşı radikal mövqedə dayananlara istiqamətlənmiş bir mesajdır. Əsas məsələ isə rəsmi sənəd və birgə bəyanatdır ki, burada da Paşinyanın yox, həm döyüş meydanında, həm də diplomatik masada Müzəffər olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin dedikləri öz əksini tapıb.
Biz qələbə qazanmışıq və gələcək haqqında fikirləşmək bizim haqqımızdır. Biz gələcəyi düşünürük. Ermənistan tərəfi isə bir çox hallarda keçmişi düşünür. Bu keçmişə son qoyulmalıdır. Biz təbii ki, bu məsələdə qabaqcıl mövqe tutmalıyıq və tuturuq. Bu heç də o demək deyil ki, öz prinsipial və qəti mövqeyimizdən imtina edirik. Bizim mövqeyimiz dəyişilməzdir. Ərazi bütövlüyümüz toxunulmazdır. Qarabağ problemi artıq geridə qaldı. Gələcəyin səhifələri Azərbaycanın maraqlarına və eyni zamanda bir sıra regional dövlətlərin maraqlarına cavab verməlidir.
Orucov Vidadi, Bakı Dövlət Sosial-İqtisad kollecinin direktoru