Yaponiyada sürət qatarının 1 dəqiqə gecikməsinə görə, maşinist haqqında istintaq başladılıb.
“Ölkə.az” xarici KİV-ə istinadla xəbər verir ki, qarnı ağrıdığına görə iş yerindən uzaqlaşdığını etiraf edən sürücü 160 sərnişin olan qatarın nəzarətini avtomatik konduktora həvalə edib.
Beləliklə saatda 150 km sürətlə gedən qatar 3 dəqiqə boyu belə idarə edilib.
Maşinistin qısamüddətli uzaqlaşmasına görə qatar stansiyaya 1 dəqiqə gecikmə ilə çatıb.
Sürət qatarlarının dəqiqliyi ilə tanınan Yaponiyada şirkətin rəhbərliyi mətbuat konfransında üzr istəyib. Maşinistin vəziyyətinin nəzərdən keçirildiyi bildirilib.
Maşinist isə qatarı dayandıraraq gecikməyə səbəb olmaq istəmədiyini və bunun utandırıcı olduğunu söyləyib.
Şirkətin sözçülərindən biri AFP-yə açıqlamasında sürət qatarlarının komputerlərlə idarə edilə bildiyini deyib. Sözçü əlvə edib ki, buna baxmayaq gözlənilməz vəziyyətlə qarşılaşmamaq üçün maşinist yerindən uzaqlaşmamalıdır.