Rusiya İsrail və Fələstin arasında vasitəçi olmağı təklif edib

Rusiya İsrail və Fələstin arasında vasitəçi olmağı təklif edib Rusiya İsrail və Fələstin arasında vasitəçi olmağa hazırdır.
"Oxu.az məlumatına görə, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bəyan edib.

“Son bir neçə il ərzində biz davamlı olaraq belə bir sammitin keçirilməsinin tərəfdarı olmuşuq və mövqeyimiz dəyişməyib. Biz Moskvada həm fələstinliləri, həm də israilliləri görməkdən çox məmnun olarıq. Bizim hər iki tərəflə yaxşı münasibətlərimiz var”, - deyə o bildirib.

Polyanski bu cür danışıqların uğurlu olması üçün Rusiyanın mümkün ola biləcək hər şeyi edəcəyini vurğulayıb.

O, bu və ya digər tərəfi birmənalı olaraq qınamadıqlarını qeyd edib.

“Birmənalı olaraq bu və ya digər ölkənin tərəfini tutsanız və kompromis tapmağa çalışmasanız nizamlanma təsirli olmayacaq”, - deyə Polyanski əlavə edib.

Oxşar xəbərlər