Ermənistanın Ombudsmanı Arman Tatoyanın hakim siyasi dairənin təzyiqləri ilə üzləşdiyi üçün istefa verməsi gözlənilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hraparak” məlumat verib. Nəşr Tatoyanın ötən gün parlamentdəki çıxışı və bundan əvvəl və sonra inkişaf edən hadisələrə toxunaraq hakim dairələrin Ombudsmana qarşı düşmənçiliklərini artıq gizlədə bilmədiyini yazıb.
Qeyd edək ki, 6 mayda Milli Məclisə işgəncələrin qarşısının alınması mexanizmləri və 2020-ci ilin hesabatını təqdim edən Tatoyan, “Mənim addımım” fraksiyasının millət vəkili Maria Karapetyanın çıxışından hiddətlənmişdi. Belə ki, Karapetyan çıxışında Ombudsmanı “media terroruna qoşulmaq”da təqsirləndirmişdi. Buna cavab olaraq isə Tatoyan çıxışında səlahiyyətliləri hərəkətsizliyə görə tənqid etmişdi.
“Heç kimə sirr deyil ki, xüsusilə müharibədən sonra Ombudsman ofisi Ermənistanda işini görən tək quruma çevrilib və Tatoyanın hakimiyyətin hərəkətsizliyi fonunda gördüyü işlərin kifayət qədər nəzərə çarpması onun nüfuzunu çox yüksəldib. Hakim dairələr isə buna dözə bilmir, Tatoyanı açıq tənqid edirlər. Dünən Ombudsmanın illik hesabatı yarı boş salonda müzakirə edildi”, - deyə qəzet yazıb.
Nəşr qeyd edib ki, A. Tatoyanın fanatik tənqidçisi deputat Mariya Karapetyan, Ombudsmanın işini parlament tribunasından aşağılamağa çalışıb.
Tatoyan isə cavabında Karapetyanı manipulyasiya etməkdə və yalanlar yaymaqla ittiham edib. O, həmçinin Ermənistanın İctimai Televiziyasını da “hakimiyyətin təbliğatçısı” vəzifəsini üzərinə götürməkdə və Ombudsmanın fəaliyyətini işıqlandırmamaqda günahlandırıb.
Qəzetin yazdığına görə, Arman Tatoyan artıq uzun müddətdir ki, istefa verməyi planlaşdırır. Onun ölkədə siyasi mübarizəyə qatılacağı da istisna edilmir.