Ermənistanı qarışdıran VİDEO — Şok görüntü

Ermənistanı qarışdıran VİDEO — Şok görüntü Ermənistan ombudsmanı Arman Tatoyan Feysbuk səhifəsində polislərin qaz maskası və dəyənəkdən istifadə edərək, bir şəxsdən etiraf almasını əks etdirən video yayımlayıb.
Teleqraf.com xəbər verir ki, video materialla əlaqədar Tatoyan dərhal cinayət işinin başlanması zəruriliyini bildirib.

Tatoyan qeyd edib ki, bütün yoxlama tədbirləri yalnız Ermənistan Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş prosedur çərçivəsində həyata keçirilməlidir:

"İmzaladıqdan sonra cinayət təqibi orqanına rəsmi məktub göndəriləcək. Proses ən çox mənim diqqətimin mərkəzində olacaq".
Olayın videogörüntüsünü təqdim edirik:


Oxşar xəbərlər