Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına sahibkarlıq subyektlərinə verilən güzəştli kreditlərin məbləği artırılıb.
Bununla bağlı Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 413 nömrəli fərmanına dəyişiklik edib.
Ölkə başçısının imzaladığı fərmanla həmçinin aqrar sahənin maliyyələşməsinin stimullaşdırılması ilə bağlı bir sıra məsələlər də öz əksini tapıb.
Sənədin 5.1.1-ci yarımbəndinə edilən dəyişiklikdə bildirilir ki, Agentliyin vəsaiti hesabına sahibkarlıq subyektlərinə 5000 manatadək mikrokreditər verilə bilər.
Dövlət başçısının yeni fərmanı ilə bu rəqəm 15000 manatadək qaldırılıb.
Kiçikhəcmli kreditlərin də məbləği artırılıb. Sənədin əvvəlki variantında yazırlırdı ki, 5001 manatdan 30000 manatadək kiçikhəcmli kreditlər verilə bilər. Yeni fərmanla isə 5001 rəqəmi 15001 rəqəmi ilə əvəzlənib.
Bununla yanaşı, sahibkarlar üçün güzəştli kreditlərin müddəti üç ilədək müəyyən olunub. Əvvəlki sənəddə bu müddət iki ilədək nəzərdə tutulurdu.