Nədənsə bu mövzuya müraciət edəndə Sezarın məşhur kəlamı gəlir gözümün önünə: “Bütün yollar Romaya aparır...Bəlkə də bu ona görə belədir ki,hamımız üçün müqəddəs və əziz olan müstəqilliyini elan etdiyi gündən Azərbaycan dövləti öz xarici siyasətinin ana xəttini Qarabağla bağlamışdır. Az qala 30 il keçir...30 ildir ki,tarixi taleyi talanmış bir xalq Qarabağ uğrunda vuruşur,mübarizə aparır,onu azad görmək istəyirdi.30 İldir ki,xalqın gözü Murovun o üzünə,lal sükutu ilə ürək parçalayan Xudafərinimə,dəli-dolu ərənlərdən iraq düşmüş Dəlidağıma, daha neçə-neçə qədim-qayım ellərimizə həsrət qalmışdı.
Lakin biz qayıtdıq.Özü də necə qayıtdıq?!-möhtəşəm zəfərlə,parlaq qalibiyyətlə.
Vətən müharibəsinin 44 günündə xalq öz Ali Baş Komandanının ətrafında sıx birləşərək,yenilməz iradə və mətanət göstərdi,dəmir yumruğu mənfur düşmənin başına endirdi və...Qarabağ nəhayət ki, azad oldu.
Bundan belə Qarabağda,eləcə də ətraf regionda sülhü və təhlükəsizliyi qoruyub saxlamaq və möhkəmləndirmək nə dərəcədə əhəmiyyətlidirsə, işğaldan azad edilmiş ərazilərin reabilitasiyası,bölgənin sosial-iqtisadi inkişafı ilə bağlı strukturların yaradılması da bir o qədər önəmlidir.
Əlbəttə, itkilər çox böyükdür. Ötən əsrin 80-ci illərinin sonundan başlayan elan olunmamış müharibə nəticəsində ölkəmizin ərazisinin 20 %-i işğal olunmuş,həm də bu işğal prosesində görünməmiş cinayətlər,ağlasığmaz dərəcədə talanlar törədilmişdir.Xalqımıza vurulan ziyanın məbləği trilyon dollarla ölçülür.
“Biz öz torpağımızda yaşamışıq, yaşayacağıq. Düşməni ğz torpağımızdan qovmuşuq,bu bölgəni bərpa edəcəyik”-Möhtərəm prezidentimiz,cənab Ali Baş Komandan İlham Əliyevin bu sözləri hər bir azərbaycanlıda tükənməz qürur hissi doğurur.Çünki xalq öz rəhbərinə sonsuz inam bəsləyir.17 İllik hakimiyyəti dövründə yeni,mübariz və vətənpərvər nəslin yetişdirlməsinin memarı,çağdaş tariximizin ən uca zirvəsini fəth etmiş sərkərdə,bu xalqı layiq olduğu mərtəbəyə çatdıra bilmiş rəhbər...
Vətən müharibəsində bir-birinin ardınca qələbələr qazanıldıqca azad edilmiş torpaqların bərpası,bölgə iqtisadiyyatının dirçəldilməsi ilə bağlı layihələr və planlar qurulmağa başlanıldı. Dövlət rəhbəri hal-hazırda bu işi prioritet hesab edərək,müdrik və düşünülmüş addımlarla bizi mühüm tarixi missiyanın iştirakçısına çevirir.Məhz İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli sərəncamı ilə bu məqsədlə “Qarabağ Dirçəliş Fondu”təsis edilmiş,fondun publik şəxs kimi tamhüquqlu fəaliyyət göstərməsi üçün ona bütün zəruri səlahiyyətlər verilmişdir.Bununla yanaşı dövlət fondayırmaları həssaslıqla nəzərə alır.Təsadüfi deyildir ki,2021-ci il üçün dövlət büdcəsində bu məqsədlə 2,2 milyard vəsait nəzərdə tutulmuşdur. Şuşaya bu il istifadəyə verilməsi nəzərdə tutulan geniş və rahat yolun çəkilişi, qədim yurdumuz olan Füzulidə beynəlxalq aeroportun inşası çox da uzaq olmayan gələcəkdə bölgədə turizmin çiçəklənməsinə səbəb olacağı şübhə doğurmur.
Qarabağ təbii resurslarla zəngin bir bölgə olduğu üçün bərpa proseslərini bu istiqamətdə yönləndirmək nəzərdə tutulur. Regionun hidroenerji, geotermal və digər enerji ehtiyatları səfərbər olunmaqdadır.Burada yeni elektrik stansiyalarının tikintisinə başlanılmış,Tərtər, Xudafərin və Qız qalası SES-lərin yenidən qurulması nəzərdən keçirilmişdir.
Özəl şirkətlərin,eləcə də xarici sərmayəçilərin bölgəyə maraqları böyükdür.İşğal dövründə Kəlbəcərin, Zəngilan və Qubadlının qızıl, gümüş və digər qiymətli filizlərlə zəngin olan yataqları ermənilərin havadarları olan kənar qüvvələr tərəfindən vəhşicəsinə istismar edilmiş, Azərbaycan dövlətinin iqtisadi mənafeyi kobud şəkildə pozulmuşdur.Erməni quldurları tərəfindən işğal olunmuş ərazilərimizdə işğala qədərki müddətdə ehtiyatları təsdiq olunmuş 163 müxtəlif növ faydalı qazıntı yatağı,o cümlədən 5 qızıl,7 civə,2 mis,1 sink və qurğuşun,1 daş kömür,1 soda istehsalı üçün xammal,6 gəc,12 əlvan bəzək daşları,10 mişar daşı,21 üzlük daşı,9 gil,20 semnt xammalı,6 əhəng xammalı,11 mineral su yatağı mövcud idi.Əlbəttə,bu Qarabağın təbii ehtiyatlarının tam olmayan siyahısıdır.
Tarixən Azərbaycanın neft və qeyri-neft sektoruna xarici kapital axını olmuşdur və bu gün də bunun Qarabağın iqtisadiyyatı ilə baş verəcəyi şübhə doğurmur. Lakin müqayisə etsək, yeni yatırım siyasətinin fərqli müstəvidə ortaya çıxdığını görəcəyik. Belə ki,əgər ötən əsrin II yarısında Bakı neft sənayesinə xarici kapitalın axını bu sahənin nəhəng məbləğdə səhmləri ifadə etməsi ilə bağlı idisə və milli kapitalımızın buna yetərincə gücü yox idisə,bu gün dinamik templə inkişaf edən və ən qabaqcıl texnologiyanın məhz öz sənayeçilərimiz tərəfindən tətbiq edildiyi milli iqtisadiyyatımız bu “gəlmə işbazlar” olmadan da keçinə bilər. Lakin burada diqqət çəkən bir məqam Qarabağın dünya iqtisadi inteqrasiyasından kənarda qalmaması cəhdidir.Həm də mənim fikrimcə xarici investorların cəlb olunması siyasi mənada geniş bir ajiotaj doğuraraq beynəlxalq ictimaiyyətin diqqətini erməni vandalizminin qurbanı olan minlərlə sənaye obyekti və mədəniyyət abidələrinin xarabalıqlarına yönəldəcəkdir. Dünya bir daha görəcək ki, Azərbaycan torpaqları hansı səviyyədə dağıntıya məruz qalmışdır.
Bu gün Azərbaycan Respublikası dünya iqtisadi zəncirinin mühüm bir həlqəsidir. Nəinki Qafqaz regionunda,eləcə də bütövlükdə Avrasiya qitəsində qlobal iqtisadi layihələrdə iştirak edirik.Şübhəsiz,Qarabağda regional layihələrdən kənarda qalmayacaq.Naxşıvan Respublikası vasitəsilə qardaş Türkiyə Cümhuriyyətinə birbaşa çıxış və beləcə Avropaya,bütün dünyaya əlverişli yol bölgəni tezliklə əcnəbi turistlər üçün də əlçatan edəcəkdir.Qarabağın cənnət guşəyə çevriləcəyi günlər qabaqdadır.
Bölgəyə xarici investorların cəlb edilməsində türk iş adamlarına üstünlük verilməsi önəmlidir.Vətən müharibəsinin hər günü,bu müharibədən çox-çox əvvəl və sonra da daim yanımızda olan qardaş ölkənin sənayeçiləri və fermerləri kifayət qədər təcrübəyə malik olmaqla yanaşı bu şərəfli və məsuliyyətli işə daha çox haqq qazanmışlar.Həm də işğaldan azad edilmiş ərazilərdə böyük “tikinti bumu”gözlənilir ki,bu da Türk-Azərbaycan birgə əməkdaşlığı syəsində öz həllini daha uğurla tapa bilər.
XIX əsrin əvvllərində Napoleon Fransası Böyük Britaniyaya qarşı kontinental blokada siyasəti ilə mübarizə aparsa da,bu siyasət sonda iflasa uğramışdı.Bundan fərqli olaraq Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham əliyev cənablarının illər ərzində yürütdükləri makroiqtisadi və geopolitik siyasət özünü doğrultmuşdur;Azərbaycan qlobal proseslərə fəal müdaxilə etməklə Ermənistanı regional layihələrdən kənarda qoymuş və onun iqtisadiyyatını felən iflic vəziyyətinə gətirmişdir.İnanırıq ki,Qarabağda başlanan və getdikcə genişlənən dirçəliş hərəkatı bədxah qonşunu tarixin dərslərindən ibrət götürməyə vadar edəcəkdir.
Zabrat qəsəbəsi, 192 saylı tam orta məktəbin direktoru
Təhmasib Məmiyev