"Azərbaycanda fevral ayının 2-dən etibarən yağıntıların kəsiləcəyi gözlənilir".
Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
O bildirib ki, hazırda müşahidə olunan qeyri-sabit hava şəraiti bu gün və sabah da davam edəcək: "Fevral ayının 2-si gündüz əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Paytaxtda və Abşeron yarımadasında da bu gün və sabah yağıntılı hava şəraiti müşahidə olunacaq, bəzi yerlərdə intensivləşəcək. Fevral ayının 2-də isə yağmursuz hava şəraiti müşahidə olunacaq".
Direktor müavininin sözlərinə görə, bu gün müşahidə ediləcək havanın minimal temperaturu 0-4 dərəcə şaxta, günorta saatlarında isə arabir 0-2 dərəcə isti olacaq: "Bu gün səhər saatlarından etibarən ölkə ərazisində qar yağmağa başlayıb. Qarın gün ərzində yağacağı gözlənilir, bəzən intensivləşəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək".
///report