Gələn il də maska olacaq?

Gələn il də maska olacaq? ABŞ sakinləri ola bilsin ki, 2022-ci ildə də tibb maskalarını taxmaq məcburiyyətində qalsınlar.
"Ölkə.Az" bildirir ki, ABŞ-ın Milli Allergik və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi CNN telekanalına verdiyi müsahibəsində belə deyib.

Gələn il də maska olacaq?



E.Fauçinin sözlərinə görə, yalnız COVİD-19 koronavirus pandemiyasına yoluxanların sayının əhəmiyyətli dərəcədə azalması və əhalinin tam əksəriyyətinin peyvənd olunması şəraitində amerikalılar maskalardan imtina edə bilərlər.

"Əhalinin normal, adi həyat tərzinə nə zaman dönə biləcəyini deyə bilmərəm. Buna indidən kimsənin ehtimal edə bilməyəcəyi çoxsaylı amillər təsir edə bilər", - E.Fauçi söyləyib.

E.Fauçinin dünyanın ən nüfuzlu infeksionistlərindən biri olduğunu nəzərə alsaq, onun 2022-ci illə bağlı söylədiklərini qlobal miqyasdakı situasiyaya şamil etmək olar. (milli.az)

Oxşar xəbərlər