Azərbaycanda koronavirusa yoluxanların sayı günbəgün azalmaqda davam edir. Gündəlik koronavirusa yoluxanların və ölənlərin sayı azaldıqca karantin qaydalarında yumşalmalara gedilir. Bundan əlavə yanvarın 18-də Azərbaycanda vaksinasiyaya başlanılıb. Bu gün müzakirə olunan məsələlərdən biri də iri ticarət mərkəzlərinin və "Mall"arın nə nə zaman açılacağıdır.
Bununla bağlı Sonxeber.az-a danışan Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə hələlik heç bir məlumat yoxdur:
"Karantin qaydalarında yumşalmalara gediləndə və hər hansı qərar qəbul ediləndə, bu haqda tərəfimizdən məlumat verilir. İri ticarət mərkəzləri və "Mall"arla bağlı məndə heç bir məlumat yoxdur".