Növbəti həftə karantin rejimi daha da sərtləşdirilə bilər – AÇIQLAMA

Növbəti həftə karantin rejimi daha da sərtləşdirilə bilər – AÇIQLAMA Xəbər verdiyimiz kimi iyulun 9-da 548 nəfər koronavirusa yoluxub, 491 nəfər sağalıb. 5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Sağalanların sayında artım müşahidə olunsa da lakin gündəlik yoluxanların sayı hələ də 500-dən yuxarıdır. Yoluxmanın sayı azalmasa bazar günündən iyulun 20-nə kimi 1 həftəlik komendant saatı tədbiq edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, sərt karantin rejimi tədbiq edilən zaman yoluxma sayının 500-dən aşağı düşməsini gözləyirdik: “Çox təəssüf ki, yenə də yoluxanların sayı 500-dən çoxdur. Xatırladım ki, sərt karantin rejimi tədbiq edilən zaman gündəlik yoluxma 600-ə yaxınlaşmışdı. Son bir neçə gündə yoluxanların sayında az da olsa azalma müşahidə olunur. Beynəlxalq təcrübə onu göstərir ki, sərt karantin rejiminin tətbiqi dərhal nəticə vermir. Bir müddət sonra sərt karantin rejimi özünün müsbət nəticəsini göstərir. Mən düşünürəm ki, sərt karantin rejimi tədbiq edilməsəydi daha ciddi fəsadlarla üzləşə bilərdik. Yoluxma sayı azalmasa Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən gedişata müvafiq qərar qəbul edə bilər. Təbii ki, Operativ Qərargah qərar verərkən gündəlik yoluxanların, sağalanların, ölənlərin artma-azalma dinamikası və virusun yayılma coğrafiyası dərindən analiz edilir. Vəziyyəti nəzərə alaraq son bir həftədə karantin rejimi daha da sərtləşdirlə bilər. Fövqəlada vəziyyətin elan edilməsi də istisna deyil. Ümid edək ki, gündəlik yoluxanların sayı azalsın və karantin rejiminin daha da sərtləşməsinə ehtiyac qalmasın. Təbii ki, bu son günlər insanlarımızın bu məsələyə necə yanaşmasından və qoyulan qaydalara nə dərəcədə riyaət edəcəklərindən asılıdır. Əlbəttə ki, sərt karantin rejimin uzadılmasını heç birimiz istəmirik. Hər birimiz Operativ Qərargahın qoyduğu qaydalara və verdiyi tövsiyələrə əməl etməliyik ki, normal həyatımıza tez qayıda bilək”.

Oxşar xəbərlər