İri ticarət mərkəzləri açılır? — RƏSMİ

İri ticarət mərkəzləri açılır? — RƏSMİ İri ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur.
Oxu.az Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. O bildirib ki, insanların alış-verişlə bağlı məsələlərini ənənəvi üsullarla həll etməsi tövsiyə edilir:
“Bunun üçün yarmarkalar, digər mağazalar var. Hazırda iri ticarət mərkəzlərinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə edilir. Yeni qərar olarsa, bu barədə məlumat veriləcək”.

Oxşar xəbərlər