Paytaxt yollarında sürət həddi endirildi - XƏBƏRDARLIQ

Paytaxt yollarında sürət həddi endirildi - XƏBƏRDARLIQ Yağışlı hava şəraiti ilə əlaqədar yollarda sürət həddi aşağı endirilib.
Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Heydər Əliyev prospekti - Hava limanı və Zığ yolu - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik.

Oxşar xəbərlər