Kürdəxanıda avtomobil piyadanı vurub öldürdü

Kürdəxanıda avtomobil piyadanı vurub öldürdü Paytaxtın Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“ Zabrat-Kürdəxanı yolunda T.Ələkbərovun idarə etdiyi “Ford Transit” markalı avtomobil piyadanı vurub.

Nəticədə ağır xəsarətlər alan Zülfi Heybət oğlu Kərimov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar xəbərlər