Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri zamanı səsləndirdiyi bəyanatlar İrəvanın ciddi qıcığına və təlaşlanmasına səbəb olub.
Zelenskinin Cənubi Qafqaz bölgəsində ilk səfərini Azərbaycana etməsi, burada səsləndirdiyi bəyanatlar təkcə Ermənistan ekspertləri, politoloqları, siyasi dairələrində deyil, eyni zamanda hakimiyyət tərəfindən ciddi reaksiyaya səbəb olub. Ermənistan mediasında Zelenskinin Azərbaycan səfəri, o cümlədən onun dekabrın 17-də Prezident İlham Əliyevlə birgə mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə kifayətlənməyərək bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq etməsinə geniş yer verilib. Zelenski Bakıda Prezident İlham Əliyevlə görüşündə müzakirə olunan məsələlərə toxunaraq bunları deyib:
“Təbii ki, bizim bugünkü söhbətimizin əsas hissəsini milli və regional təhlükəsizlik məsələləri təşkil edirdi. Biz burada Dağlıq Qarabağ münaqişəsi və Ukraynanın şərqində baş verən münaqişəni müzakirə etdik. Biz bir-birimizi ölkələrimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi məsələsində də dəstəkləyirik. Burada söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpadan gedir. Bu baxımdan bu prinsip həm ikitərəfli təmaslarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində də bizim əməkdaşlığı özündə ehtiva edir. Bu, bizim ölkələrimizin arasında olan münasibətlərin səviyyəsinin göstəricisidir. Biz həm regional, həm də qlobal səviyyədə birgə mövqedən çıxış edirik”.
Zelenskinin bu bəyanatı İrəvanda qıcıqla qarşılansa belə, buna tutarlı cavab verə bilməyiblər. Erməni mediası artıq özü də İrəvanın işğalçılıq siyasətinin iflasa uğradığının fərqindədir və bunu da açıqca qeyd etməkdədir. Ermənistan rəsmiləri Zelenskinin bu bəyanatına tutarlı cavab vermə bilməyib, əksinə diplomatik formada yürütdükləri işğalçılıq siyasətini təsdiqləyiblər. Ermənistan XİN sözçüsü Anna Haqdalyanın Zelenskinin bəyanatı ilə bağlı jurnalistlərə cavabı bunun sübutudur. A.Naqdalyan verilən sualdan yan qaçmağa çalışaraq deyib ki, Qarabağ məsələsi üç prinsip üzrə həll olunmalıdır və bunun biri də özmüqəddəratını təyinetmə prinsipidir. İrəvan bununla diplomatik dildə bir daha Azərbaycanın haqlı olduğunu və beynəlxalq hüququn tərəfimizdə olduğunu təsdiq etmiş olur.
Erməni mediası Zelenskinin İrəvanı deyil Bakını seçməsi də Ermənistan hakimiyyətin yürütdüyü siyasətin iflası kimi dəyəlrəndirilib. “Aysor.am” saytının Zelenskinin Bakıya səfrini şərh edən yazısında Kiyevin bölgədə Azərbaycanı özünün ən yaxın tərəfdaşı olduğunu və daha sıx əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Yazıda eyni zamanda qeyd edilib ki, Kiyev bu jesti ilə Ermənistanın bölgədə elə də ciddi əhəmiyyət daşımayan ölkə olduğunu işarə edib.
“Hayastani Hanrapetutyun” qəzeti isə “Kiyev Ankara-Bakı alyansı siyasətini dəstəkləyirmi” başlıqlı məqaləsində “Ukrayna Prezidenti Vladimir Zelenski Bakıya səfər edib və orada Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə ermənilər əleyhinə birgə mövqe nümayiş etdiriblər. Hər zaman olduğu kimi, bu dəfə də bəyan etdilər ki, Azərbaycan və Ukrayna hər iki ölkənin ərazi bütövlüyü və suverenliyin bərpasında bir-birini dəstəkləyirlər. Eyni zamanda qeyd olunub ki, görüşdə əsas müzakirə predmeti regional və milli təhlükəsizliyin təmin olunması olub. Kiyev və Bakı bu istiqamətdə ikitərəfli və müxtəlif beynəlxalq təşkilatlarda birgə iş aparır”, - deyə qəzet yazır.
Bu bir daha İrəvanın Ukraynanın Qarabağ münaqişəsinə yanaşmasından necə narahat olduğunu və narahatlıq keçirdiyini göstərir.
Qəzet Azərbaycanın MDB və Avrasiya İqtisadi İttifaqındakı roluna toxunaraq qeyd edib ki, bu Ermənistana böyük zərbədir: “İlham Əliyev Avrasiya İqtisadi İttifaqında müşahidəçi kimi iştirak etmək niyyətindədir. Bunu Ermənistana siyasi və iqtisadi zərbə hesab etmək olar”.
“Hayastani Hanrapetutyun” mətbu orqanı sonra daha bir maraqlı məqama toxunaraq qeyd edib ki, Ermənistan MDB, Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olsa da, bu təşkilatlarda təmsil olunan ölkələr Ermənistanın əleyhinə fəaliyyət gösərir: “KTMT-nin Azərbaycanla bağlı verdiyi gecikmiş və ikibaşlı bəyanatları, həmçinin Moskva və Minskin Bakıya silah satma siyasəti və digər məsələləri qeyd edə bilərik.
Əminliklə demək olar ki, əgər Ermənistan GUAM-da müşahidəçi qismində iştirak barədə niyyətini açıqlasa, bu, MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT-də böyük əks-reaksiyaya səbəb ola bilər”.
Ermənistan yürütdüyü işğalçılıq siyasəti nəticəsində təkcə beynəlxalq aləmdə deyil, eyni zamanda özünə müttəfiq hesab etdiyi ölkələrin dəstəyini itirməsinin, o cümlədən bu siyasətin ölkəni çıxılmaz dalana sürükləməsinin fərqindədir. Bəlkə düşdükləri bu dalanın gələcəkdə onları hansı faciə və təhlükə ilə üz-üzə qoyacağını da yaxşı dərk edirlər. Amma buna baxmayaraq nəticə çıxarmaq istəmirlər. Ermənistan nə qədər gec deyil özlərində cəsarət tapıb işğalçılıq siyasətindən geri çəkilərlərsə,bundan qazanan elə özləri olacaq. İşğal siyasəti davam etdikcə Bakı-Ankara alyansı İrəvana qarşı beynəlxalq təcrid siyasətini davam etdirəcək. Bu təcrid siyasəti isə Ermənistanı daha da pis böhrana sürükləməklə, əhəmiyyətsiz, tamamilə başqasından asılı olan vassal bir ölkəyə çevrilməsinə gətirib çıxaracaq.