Bişmiş sarımsağın faydaları: Hansı orqanlara necə təsir edir?

Bişmiş sarımsağın faydaları: Hansı orqanlara necə təsir edir? Sarımsaq mətbəxlərin əvəzolunmaz məhsuludur. Çünki onun çoxsaylı faydalarını əksəriyyət bilir. Təbii dərman sayılan sarımsaq ilboyu geniş istifadə olunur. Sarımsaq ən çox çiy halda yeyilir və müxtəlif qidaların - salatlar, yeməklər, turşuların hazırlanmasında istifadə olunur.
"Ölkə.Az" e-tibb.az-a istinadən bildirir ki, hələ qədim zamanlarda sarımsaqdan tibdə dərman kimi istifadə olunub. Təbii bir antibiotik kimi qəbul edilən sarımsaq, tərkibindəki qida dəyəri və vitaminləri sayəsində bir çox xəstəlik üçün şəfa mənbəyidir. Tədqiqatlara görə, sarımsaq həm də bişmiş halda faydalarını qoruyub saxlayır və möcüzəvi təsir göstərir. Bəs közdə, ocaqda bişən, qızardılan sarımsağın faydaları nədir?

Tədqiqatlar göstərib ki, bu formada bişirilən 6 diş sarımsaq hər gün yeyiləndə bədəndə 24 saat ərzində bir çox dəyişiklik baş verir.

4-6 saat sonra maddələr mübadiləsi sürətlənir. Yağlar yanmağa, bədənindəki artıq mayelər atılmağa başlayır.

6-7 saat sonra sarımsağın antibakterial xüsusiyyəti bədənə yayılır və qan dövranı tənzimlənir. Sarımsaq bakteriyalarla mübarizə aparmağa başlayır.

6-10 saat sonra sarımsağın tərkibindəki qida maddələri hüceyrə səviyyəsində orqanizmə təsir edir və bədəni oksidləşmədən qoruyur.

10-24 saat saat sonra sarımsaq aşağıdakıları edir:

- Xolesterolu tənzimləyir

- Damarları təmizləyir və ürəyə müsbət təsir edir

- Təzyiqi tənzimləyir

- Sinir sistemini gücləndirir

- Ağır metalların bədənə daxil olmasının qarşısını alır

- Sümükləri və oynaqları möhkəmləndirir

- Yorğunluğun qarşısını alır

- Hüceyrələrin ömrünü uzadır

O da bildirilir ki, ayağın altını, dabanı sarımsaqla ovandan 30 dəqiqə sonra təsirini göstərir. Bu halda hətta sarımsağın dadını hiss etmək olur. Bu, sarımsağa mexaniki təsir zamanı əmələ gələn üzvi bir birləşmə olan allisinin təsiri nəticəsində yaranır. Bu birləşmə hüceyrə membranlarına, qan dövranına təsir edir və dad nöqtələrinə qədər çatır. Bu səbəbdən sarımsaq yeyən insanlarda yalnız ağızdan deyil, bütün bədəndən qoxu gəlir. Çünki qoxu qanda həll olur.

Məlumatlara görə, çox güclü antibakterial təsirə malik olan allisinin 1 milliqramı 15 vahid penisillin aktivliyinə bərabərdir. Güclü antioksidant təsirə malik olan allisin sərbəst radikalları neytrallaşdıraraq orqanizmdən xaric edir. Bu isə orqanizmi toksik maddələrdən təmizləyir, şiş hüceyrələrinin inkişafını və hüceyrələrin qocalma prosesini ləngidir.

Oxşar xəbərlər