Qızıl payızın əsas meyvələrindən biri də fındıqdır.
Fındıq beyin sağlamlığından tutmuş diabet riskini azaltmaya qədər bir çox önəmli faydalara malikdir. Çiy fındığın orqanizmə olan faydalarını oxucularımıza təqdim edirik.
İmmunitet sistemini gücləndirir
Fındıq yağının tərkibi E vitamini ilə zəngindir. E vitamini qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alaraq anemiya (qan azlığı) riskini azaldır. Eyni zamanda qan dövranını normallaşdırır, hərarət, soyuqdəymə və digər xəstəliklərin yaranma riskini azaldır, immunitet sistemini gücləndirir.
Diabet riskini azaldır
“American Journal of Clinical Nutrition” jurnalında yayımlanan elmi işə əsasən, diabet xəstələri müntəzəm olaraq fındıq yeyəndə digərlərinə nisbətən daha az qan yağına sahib olurlar. Bundan başqa gündəlik menyusuna çiy fındıq əlavə edən diabet xəstələrinin qlükoza intoleransına da müsbət təsir edir.
Beyinə faydalıdır
Fındığın tərkibindıə protonosiyanidinlər, kersetin və kaemferol kimi maddələr var. Bu proantosiyaninlər flavonodilər qrupuna aiddir. Flavonoidlər isə beyin sağlamlığı üçün faydalıdır. Eyni zamanda triptofan və izolosin amin turşuları ilə zəngin olduğu üçün zehni və psixoloji olaraq da insana müsbət təsir edir.
Sinirlərə müsbət təsir edir
Fındıq B6 vitamini ilə də zəngindir. B6 vitamini isə elektrik siqnallarının sürətini və səmərələliyini artıran, sinir sisteminin normal şəkildə fəaliyyətini təmin edən, sinirin qılıfı olan miyelinin yaranması üçün lazım olan vitamin kimi tanınır. Bundan başqa sinir sisteminin sağlam fəaliyyəti üçün lazım olan seratonin, melatonin və epinefrin kimi hormonların da ifrazı B6 vitaminin dəstəyi ilə mümkündür.
Tox saxlayır
Fındığın tərkibində lif, yağ toxluq hissini artırır, bu da həddən artıq yemək yeməyin qarşısını alır, kalori qəbulunu azaldır. Amma həddən artıq fındıq qəbul etmək əks effekt verir və çəki artımına səbəb olur. Çünki fındığın enerjisi çoxdur. 1 ovuc fındıq 25 qramdır. Onun isə 150 kalorisi var.
Xərçəngə qarşı qoruyur
Xərçəng hüceyrələrinin inkişafına səbəb olan faktorları fındıq ortadan qaldırır. Eyni zamanda orqanizmdəki zərərli hüceyrələrin məhv olmasını təmin edərək xərçəng ehtimalının qarşısını alır. Fındığın tərkibində olan beta-sitosterol maddəsi sinə və prostat xərçəngi riskini azaldır.
Zərərli xolesterolu azaldır
Fındığın tərkibində ürəyə faydalı olan yağlar var. Oleik turşusu zərərli LDL xolesterolunu azaldır, faydalı HDL xolesterolunun miqdarını artırır. Müntəzəm olaraq fındıq qəbul etmək xolesterolu 27% azaldır. Elmi araşdırmalar məlum edib ki, müntəzəm olaraq fındıq qəbul edən insanlarda infarkt səbəbindən ölüm riski kifayət qədər azdır. Eyni zamanda fındığın tərkibindəki dəmir, mis, selenium, maqnezium, potasium, fosfor, sink kimi minerallar da var. Bu da ürək üçün faydalıdır.
Qəbz olmağın qarşısını alır
Fındığın tərkibindəki lif bağırsaq üçün faydalıdır. Bu lif bağırsaq hərəkətlərini aktivləşdirir, həzmi asanlaşdırır. Çiy fındıq qəbz olma probleminin qarşısını alır.
Əzələləri gücləndirir
Maqnezium orqanizmə daxil olan və ifraz edilən kalsiumun miqdarını stabilləşdirmək üçün çox önəmli rola sahibdir. Düzgün miqdarda kalsium əzələ gərilmələrini yaradır və əzələnin istirahətinə şərait yaradır. Maqnezium sayəsində əzələ gərginliyi azalır, əzələ yorğunluğu spazması və ağrıların qarşısını almaq mümkün olur.
Erkən qocalmanın qarşısını alır
Fındığın tərkibindəki antioksidantlar dəriyə ziyan vuran sərbəst radikalları məhv edir, dərinin daha sağlam görünməsinə kömək edir. Eyni zamanda UVA/UVB şüalarının səbəb olduğu dəri xərçənginə qarşı da orqanizmi qoruyur. E vitaminin dəstəyi ilə ölü hüceyrələr ifraz edilir və daha sağlam, daha gənc görüntülü bir dəriyə sahib olursunuz.