Qarabağda texniki xidmət mərkəzi quruldu - Fotolar

Qarabağda texniki xidmət mərkəzi quruldu - Fotolar Rusiya sülhməramlı kontingentinin hərbi və xüsusi texnika üçün nəqliyyat vasitələrinin texniki mərkəzi ən qısa müddətdə Dağlıq Qarabağda yerləşdiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Xocalı qəsəbəsi ərazisində iki həftə ərzində Rusiya sülhməramlı kontingenti bölmələrinin gündəlik fəaliyyətini təmin edən avtomobil və zirehli nəqliyyat vasitələrinin yerləşdirilməsi, texniki vəziyyətinin monitorinqi, texniki baxışı, təmiri üçün sahə avtotexniki kompleksinin yerləşdirilməsi və təchiz edilməsi işləri aparılıb.

6 min kvadrat metr ərazidə 360-dan çox texnika yerləşdirmək üçün yerlər, bir texniki xidmət və təmir nöqtəsi, bir texniki nəzarət nöqtəsi, bir KAZS-2 konteyner yanacaqdoldurma məntəqəsi və zirehli texnika üçün bir anbar qurulub. Təqdim olunmuş tapşırıqları yerinə yetirərkən avadanlıqların maneəsiz giriş-çıxışı üçün avtokompleksdə əsas və təcili çıxışlar təchiz edilib.

Nəqliyyat vasitəsi parkının texniki təchizatı gündə 10-dan çox avtomobil və zirehli texnikanı təmir etməyə imkan verir.

Sahə nəqliyyat vasitəsi parkının istismarı, müəyyən edilmiş məsuliyyət sahələrində Rusiya sülhməramlılarının gündəlik fəaliyyəti üçün fasiləsiz nəqliyyat dəstəyini təmin edəcək.



Qarabağda texniki xidmət mərkəzi quruldu - FotolarQarabağda texniki xidmət mərkəzi quruldu - FotolarQarabağda texniki xidmət mərkəzi quruldu - Fotolar

Oxşar xəbərlər