Diasporla İş üzrə Dövlət Komitəsi Türkiyə bayraqlarının alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Report xəbər verir ki, tenderin qalibi “Maskat-LM” MMC-dir.
Qalib şirkətə 46,5 min manat ödəniləcək.
Məsələ ilə bağlı Komitədən bildirilib ki, satınalmaya təkcə Türkiyə bayraqları daxil deyil. Söhbət hər biri 15 manata 2 000 ədəd Azərbaycan bayrağından, hər biri 10 manata 100 ədəd stolüstü Azərbaycan bayrağından, hər biri 1,8 manatdan 2 000 ədəd aksiyalarda əldə tutulan Azərbaycan bayrağından, hər biri 3 manata 1 000 ədəd bayraq dirəyindən, hər biri 280 manata metal dirəkli 5 ədəd Azərbaycan bayrağından və hər biri 15 manata 500 ədəd Türkiyə bayrağından gedir.