Əhmədağa İbrahimov: Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC işğaldan azad olunmuş ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlayıb

Əhmədağa İbrahimov: Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC işğaldan azad olunmuş ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlayıb Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisi Əhmədağa İbrahimov - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC işğaldan azad olunmuş ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlayıb

Əhmədağa İbrahimov: Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC işğaldan azad olunmuş ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlayıb


Şanlı Azərbaycan Ordusu tərəfindən sentyabr ayının 27- dən başlayan əks hücum nəticəsində işğal altında olan bir sıra şəhər və kəndlərimiz azad olunmuşdur. Azad olunan ərazilərdə artıq meliorativ tədbirlər görülməyə başlayıb. Belə ki, ərazilər azad olunandan sonra ilk olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nın Beyləqan Subartezian Quyularının İstismar İdarəsi Cərbayıl rayonun Daşkəsən kəndindəki subartezian quyusunu təmir-bərpa edib. Erməni faşistləri tərəfindən yararsız hala salının subartezian quyusu tam işlək vəziyyətə gətirilib. Bərpa işləri zamanı subartezian quyusuna kabel, nasos, boru, elektirik və mühafizə şiti qurulub. Mühafizə çəpəri çəkilib və rənglənib. Qeyd edək ki, subartezian quyusu təxminən 3-4 ha ərazidə yerləşən binaları su ilə təmin edir. Xatırladaq ki, ümumilikdə 943 subartezian quyusu işğal altında idi. Əminik ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan ordusu torpaqlarımızı erməni qəsbkarlarından tam şəkildə işğalından azad edəcək. Qələbədən sonra uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tərazlığın bərpa edilməsinə təminat yaranacaq. Biz əminik ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində həmin ərazilərdə bütün su təsərrüfatı obyektlərimiz yenədən təmir-bərpa olunacaq, torpaq və su istifadəçilərinin ixtiyarına veriləcəkdir. Bundan sonra biz həmin ərazilərdən daha bol məhsul əldə edəcəyik.

Əhmədağa İbrahimov: Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC işğaldan azad olunmuş ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlayıb
Əhmədağa İbrahimov: Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC işğaldan azad olunmuş ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlayıb


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Əhmədağa İbrahimovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisi Əhmədağa İbrahimovdur.

Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisi Əhmədağa İbrahimov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Əhmədağa İbrahimov bu işin müqəddəsliyini qoruyub saxlayır. Əhmədağa İbrahimov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Əhmədağa İbrahimovdan danışdılar yaxşı ki, Əhmədağa İbrahimov Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisidir… Əhmədağa İbrahimov öz isguzarlığı ilə tanınır və seçilir….

Əhmədağa İbrahimov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Əhmədağa İbrahimovu heç vaxt əqidəsindən döndərə bilməz.

Əhmədağa İbrahimov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Əhmədağa İbrahimov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Əhmədağa İbrahimov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Əhmədağa İbrahimovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Əhmədağa İbrahimov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Əhmədağa İbrahimov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Əhmədağa İbrahimov özünü doğruldub. Bizdə hörmətli Əhmədağa İbrahimovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Baş Şirvan Kollektorunun İstismarı İdarəsinin rəisi Əhmədağa İbrahimov - Vətənimizdə baş verən hadisələrə hamı kimi, mən də layeqd qala bilmirəm. Bir vətəndaş kimi öz mövqeyimi bildirmək istəyirəm. Rəşadətli ordumuzun torpaqlarımızın işğaldan azad olunması yolunda apardığı mübarizə, qazanılan zəfərlər mənim ürəyimi qürur hissi ilə doldurur. Hər gün, hər saat cəbhədən qələbə xəbəri gözləyirik. Illərlə vətən həsrəti çəkən qaçqın və məcburi köçkünlər in hər kəndimizin, hər yüksəkliyimizin alınmasına göstərdiyi sevinc ürəyimizi kövrəldir.
Bütün uğurlarımızın memarı sözsüz ki, bizim əziz prezidentimizdir. Müzəffər ordumuzun peşəkar, yüksək təhsilli zabitlərinin yetişdirilməsi onun birbaşa diqqəti və qayğısı sayəsində mümkün olmuşdur. Ordumuzun yüksək texnologiya silahları ilə təminatı onun göstərişi ilə baş vermisdir. Hakimiyyətdə olduğu bütün illər ərzində prezidentimizin apardığı uğurlu daxili və xarici siyasət ölkəmizi beynəlxalq arenada söz sahibinə çevirmişdir. Bu gün biz müharibəni təkcə cəbhədə yox, həmçinin qlobal informasiya şəbəkəsində, dünyanın siyasi arenasında da aparmağa məcburuq. Biz quruculuq işləri ilə məşğul olarkən düşmənlərimiz bütün dünyada bizə qarşı mənfi imic formalaşdırmaqla məşğul idilər. Amma bu gün çox qürurverici bir haldır ki, dövlət başçımız bu stereotipləri də öz zəkası ilə darmadağın etməkdədir. Dünyanın bir çox aparıcı media şirkətləri obyektivlik nümayiş etdirərək hər iki dövlət başçısı ilə müsahibələr aparır və yayınlayır. Prezidentimizin dəqiq, soyuqqanlı arqumentlərə və tarixi faktlara söykənən cavabları qarşısında digər tərəfin tutarsız kəkələmələri çox gülünc görünür. Həm müsahibəni aparan jurnalistlər həm də dinləyicilər İlham Əliyevin əsl siyasətçi zəkasına heyran olur. Bütün dünya bizim haqq səsimizi eşidir və anlayır ki xalqımız dövlətimizlə birlikdə 30 illik ədalətsizliyi aradan qaldırır. Ordumuz beynəlxalq qanunlar çərçivəsində ərazi bütövlüyüny bərpa edir. Çünki 26 ildir aparılan danışıqlar işğalçı dövlətin şüursuzluğu nəticəsində heç bir fayda vermədi. Həm Ermənistanın həm də separatçı quldur rejimin başçıları həm çıxışları ilə özlərini bütün dünyada biabır etdilər,onlara heç havadarları da kömək edə bilmir. Çünki biz artıq 90-93-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsi dövründəki Azərbaycan deyilik. Bizim zəngin və güclü dövlətimiz var, bizim hər sözündə, hər əməlində xalqa arxalanan prezidentimiz və prezidentə sonuna qədər güvənən xalqımız var. Bu gün millətindən,dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının ürəyi Qarabağla döyünür. Biz prezidentimizin ətrafında yumruq kimi birləşmişik və əminik ki, bu birlik bizi böyük zəfərə aparacaq! Allah prezidentimizi qorusun! ALLAH əsgərlərimizi qorusun! Allah ordumuzu müzəffər etsin!
Qarabağ Azərbaycandır!

Oxşar xəbərlər