Bu həftədən "sms icazə" sisteminə keçirilə bilərXəbər verdiyimiz kimi, oktyabrın 25-də koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, 946 nəfər koronavirusa yoluxub, 7 nəfər isə dünyasını dəyişib. Yoluxma sayının artmasının qarşısını almaq üçün yenidən "sms icazə" sistemi tədbiq edilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan Adil Qeybullanın sözlərinə görə, yoluxma sayının 946-ya çatması sərt karantin tədbirlərinin görülməsinin zəruriyyətini yaradacaq:
"Sərt karantin tədbirləri görülməsə, yoluxma sayının artması davam edəcək. Bu artım tək Azərbaycanda deyil, düyada mövcudur və virusun ikinci mərhələsi hesab olunur. Düşünürəm ki, bizdə yoluxmanın qarşısının alınması istiqamətində addımlar atılacaq. Həmin tədbirlərdən biri kimi ictimai nəqliyyatlarda qayda-qanunlar yaradılmalıdır. Çünki ictimai nəqliyyat yoluxma mənbəyi kimi qalır. Sərnişin sıxlığının aradan qaldırılmasına görə avtobus sayının artırılması vacibdir. Bu yolla da sərnişinlər arasında sosial məsafəni təmin etmək mümkün olacaq. Ən önəmlisi isə qapalı məkalarda maskanın taxılmasına və sosial məsafənin təmin edilməsinə nəzarət güclədirilməlidir. Əks təqdirdə, bu həftədən başlayaraq "sms icazə" sisteminə keçirilə bilər. Bundan əlavə, digər müəssisələrin də bağlanması barədə qərarların verilmsi də mümkündür. Bütün bu addımlar yoluxma sayının artmasının qarşısını alan zəruri addımlardır".