Bakıda fantastik qiymətə villa satılır — FOTO

Bakıda fantastik qiymətə villa satılır — FOTO Azərbaycanın əmlak bazarında olduqca baha qiymətə bağ evləri və villaların satışına rast gəlinir.
"MediaPost” xəbər verir ki, bu dəfə əmlak alqı-satqısı ilə məşğul olan saytlardan birində yerləşdirilən elan böyük marağa səbəb olub.

Belə ki, elanda birbaşa dənizə çıxışı olan villa satışa çıxarılıb.

Şüvalan qəsəbəsində yerləşən villa fantastik qiymətə - 13 milyon manata təqdim olunub. Elandakı məlumata görə, sözügedən villa qayanın üstündə yerləşir və birbaşa dənizə çıxışı var.
Eyni zamanda 1 hektar torpaq sahəsi olan villanın içərisində hovuz, idman zalı, kinoteatr, stadion, qonaq evi, mühafizəçi evi, yaşayış evi mövcuddur. Villanın fantastik qiymətə satışa çıxarılması insanlar tərəfindən böyük maraqla qarşılanıb.

Bəzi sosial şəbəkə istifadəçiləri villanı otellə müqayisə ediblər, digərləri isə indiyədək Bakıda belə ev görmədiklərini bildiriblər.

Bakıda fantastik qiymətə villa satılır — FOTOBakıda fantastik qiymətə villa satılır — FOTOBakıda fantastik qiymətə villa satılır — FOTOBakıda fantastik qiymətə villa satılır — FOTOBakıda fantastik qiymətə villa satılır — FOTOBakıda fantastik qiymətə villa satılır — FOTO

Oxşar xəbərlər