Xaçmazın Nabran kəndində o villanı hər kəs “Röyanın villası” kimi tanıyır. Yan-yörədəki istirahət mərkəzində çalışanlardan tutmuş, qatıqsatanlara, təndirdə çörək yapan qadınlara qədər. Bu və ya digər məkanı təsvir etmək üçün də belə nişan verirlər: “Röyanın villasından sola dönürsən, üzü yuxarı....”
1 HEKTARLIQ MEŞƏ SAHƏSİNİN İÇİNDƏ DƏBDƏBƏLİ VİLLA - GƏZ, GƏZ, BİTMİR...
"Qafqazinfo" xəbər verir ki, Musavat.com-un əməkdaşı yolu Nabrana düşən hər kəs kimi dəfələrlə bu villanı uzaqdan görmüşdü. Amma bu il durum fərqli idi. Çünki villanın hər tərəfindən qocaman hərflərlə yazılan “Satılır” elanı asılmışdı, üstündə də təbii ki, “zerkalnı” bir nömrə ilə. İnsanın ağlına bu nömrə yiyəsinin Röya olması gəlsə də, sonradan məlum olur ki, bu işi makler öz üzərinə götürüb. Həm də təkcə bu evin alqı-satqısını yox. Çünki Nabran kəndindəki əksər ev, torpaq alqı-satqısı, ev kirayəsi elanlarının altında sözügedən nömrə qeyd olunmuşdu.
Röyanın satılığa çıxarılmış villasının yanından keçən hansı jurnalist onun içinə girib, foto-video çəkiliş etmək istəməz ki? İstəmirsə, demək jurnalist deyil. Amma öncə təcili bir ssenari uydurmaq lazım. Üst-başımız, altımızdakı maşın o villaya real müştəri olmaqla bağlı inandırıcılığı sıfırlayır. O zaman burda işimiz nə? “Yağlı ssenari”nin ştrixləri – bir iş adamı Nabranda turizmlə məşğul olmaq istəyir. Bu evi satın alıb, oranı yay oteli kimi – ayrı-ayrı otaqlarını kirayə verməklə - fəaliyyətə keçirəcək. Biz də həmin iş adamının təmsilçiləriyik. Villaya baxıb, foto-videolarını çəkib, ona göstərəcək və yekun qərar verəcəyik.
Makler telefon danışığı zamanı bu izahatla qane olur və öncədən villanın qiymətini bildirir: 500 min ABŞ dolları... Amma qiymətdə razılaşmaq da mümkünmüş. Öncə villaya baxmaq üçün vaxt müəyyən edirik. Sən demə, maklerin ofisi Bakıdadır və evi göstərmək üçün bağbanı bizə təhkim edir. “Açar ondadır və sizi evdə o, gəzdirəcək”, deyir. Az keçmədən köhnə bir velosipedlə makler gəlir və şəkillərdə, videoda gördüyünüz bu villanın qapılarını bəndənizin üzünə açır.
Villa deyib keçməyin, burda söhbət 1 hektarlıq meşə sahəsindən gedir həm də. Yəni, bildiyiniz, təxmin etdiyiniz, 20-25 sotluq torpağın içində tikilən dəbdəbəli, üçmərtəbəli villa deyil sadəcə. Gəz, gəz bitmir. Əsas villa, yay mətbəxi, əlavə otaqlar, "bessetka"lar, qış mətbəxi, çayxana. Filmlərdə, xüsusən də Çar Rusiyası dövrünə aid rus filmlərində görməyə alışdığımız qocaman bir malikanə. Adam bu meşənin içində dəbdəbəli bal paltarları ilə gəzişən “barışnyaları” gözünün qabağına gətirir az qala. Amma sonradan xatırlayırsan ki, burda uzaqbaşı Röya gəzib...
KİMİN BELƏƏƏ VİLLASI VAR?
Əsas villanın qapısı açılır, içəri keçirəm. Hər tərəf tör-töküntülü, tozlu, göydən asılan qurumlar, hörümçək yuvaları... Həyat təbii ki, buralarda sönüb. Həm də illər öncə. Üç mərtəbə, hər mərtəbə 3-4-ə yaxın otaq və ilginc bir vanna otağı. Vannanın yerindən görünür: üzü meşəyə sarı. Vanna zövqü yaşaya-yaşaya meşə səsi dinləmək. Bəhh...
Gəzintiyə davam edib, həyətdəki digər tikililəri də gözdən keçirirəm. Hər birinin inşasına böyük pulların xərcləndiyi ilk baxışdan bəllidir. Nə zaman tikilməsi ilə bağlı bizi müşayiət edən bağbanın məlumatı yoxdur. Binəvanın ümumiyyətlə, heç nədən xəbəri yoxdur. Ya da var, danışmaması ilə bağlı tənbehləyiblər.
Amma bilinən o ki, villanı satan Röya deyil. Çünki...
VİLLA 2014-CÜ İLDƏ RÖYAYA HƏDİYYƏ EDİLDİ, QAYINATASI 2017-Cİ İLDƏ HƏBS OLUNDU
2014-cü ildə xəbər yayıldı ki, Röyaya Nabrandakı bu dəbdəbəli villanı qaynatası, iş adamı Çingiz Cəlilov hədiyyə edib. Həmin vaxt bu villanın qiymətinin 500 min manat olduğu bildirilmişdi.
Medianın o illərdə yazdığı məlumatları yada salanda isə məlum olur ki, Röya Nabranda turizmlə məşğul olub. Röya yaratdığı istirahət mərkəzində evləri gündəlik 50-150 manat arasında kirayə verib. Müğənni şəxsi villasının yanında, istirahət üçün nəzərdə tutulmuş bir neçə kiçik evlər tikdirib.
Adıçəkilən mənzillər isə Nabrana istirahətə gələn turistlərə və ən əsası ailəvi insanlara kirayə verilir.
2017-ci ildə isə Cəlilovun sahibi olduğu "Çudo peçka" dükanlar şəbəkəsinə daxil olan bütün iaşə obyektlə vergi borclarına görə möhürlənərək bağlanıb. Bundan sonra Cəlilovun adına olan milyonlarla dəyəri olan bağ evləri və Bakıda yerləşən yaşayış evləri müsadirə olaraq əlindən alınıb.
Müsadirə olunan daşınmaz əmlaklar arasında iş adamının Röyaya bağışladığı bildirilən və Nabranda tikdirdiyi bir neçə milyon dəyəri olan bağ evi də əlindən alınıb.
RÖYADAN VİLLA MƏSƏLƏSİNDƏ İKİLİ MÖVQE: GAH DEYİR MƏNƏ HƏDİYYƏ EDİLMƏYİB, GAH DA DEYİR, MƏN O VİLLANI QAYTARMIŞAM
Xəbər yayılan günlərdə Röyanın məsələ ilə bağlı iki cür açıqlaması olub. Öncə Röya bildirib ki, hazırda xaricdə istirahətdədir, bu məlumatlardan xəbəri yoxdur:
"Hər yayılan xəbər düz olmur. Bilmirəm ki, bağ məsləsini kim yayıb. Çingiz Cəlilov mənə bağ evi hədiyyə verməyib ki, müsadirə edilsin! Boş-boş söhbətlərdir".
Bir neçə gün sonra isə bildirib ki, mülk bir müddət əvvəl təhvil verilib. O qeyd edib ki, həmin ev mətbuatda yazıldığı kimi, Ç. Cəlilovun həbsindən sonra deyil, daha öncə əllərindən alınıb: “Mən onlardan nə bir manat istəyirəm, nə də götürərəm. Heç kimin malında, mülkündə gözüm yoxdur. Dünən mediada yazılıb ki, bizə verilən villa da müsadirə olunub. Demək istəyirəm ki, həmin ev dünən deyil, borc məsələsi gündəmə gələndən sonra təhvil verilib”.
Musavat.com xatırladır ki, müğənninin eks əri, oğlu Hüseynin atası Anar Cəlilovun sözügedən villada oğulları ilə birgə bir neçə fotosu var. Amma Röyanın həmin villada hər hansı fotosu yoxdur. Amma Nabran sakinləri deyirlər ki, Röya bu villada olub və illər öncə yay aylarında burda xeyli səs-küylü məclislər də keçirib.
Hazırda isə villanın kim və ya kimlər, ya da bank tərəfindən satışa çıxarılıb-çıxarılmadığı bilinmir. Neçə dəfə əl dəyişdirib, müsadirə olunandan sonra burada yaşayan olubmu? Bunların hamısı ağzı qıfıllı qapı kimi saxlanır. Amma sirr olmayan bir məqam var – Azərbaycanda bu sayaq acı sonluqlu milyoner hekayələri hər zaman olub və olacaq. Bir hovuza yüzlərlə qaçqını evlə təmin edəcək pulların xərcləndiyi zehniyyətlər heç zaman əksik olmayacaq bu torpaqlardan. Amma ibrətamiz sonluqları unutmayaq deyirəm mən...