Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovdur.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elxan Usubov bu işin müqəddəsliyini qoruyub saxlayır. Elxan Usubov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Elxan Usubovdan danışdılar yaxşı ki, Elxan Usubov Şəki Şəhər İcra Hakimiyyətinin başçısıdır… Elxan Usubov öz isguzarlığı ilə tanınır və seçilir….

Elxan Usubov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Şəkidə indiyədək vətəndaşlara 26 min dozadan çox vaksin vurulub

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır


Şəki rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir. Əhalinin peyvəndlənməsi Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Prosesə başlandığı gündən indiyədək Şəki rayonu üzrə vətəndaşlara 26 min 367 doza vaksin vurulub.

İndiyədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 17 min 15 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 9 min 352 nəfərdir.

Yaş qrupları üzrə indiyədək Şəki rayonunda 65 yaşdan yuxarı vətəndaşlara 5 min 375 doza, 50-65 yaş arasında vətəndaşlara 14 min 159 doza, 50 yaşadək vətəndaşlara isə 6 min 833 doza vaksin vurulub.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov - Azərbaycan-Türkiyə əlaqələrinin günü-gündən daha da möhkəmlənməsi düşmənlərimizi daim narahat edir

Məlumdur ki, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Ən çətin məqamlarda belə bu dostluq həmişə dövrün sınaqlarından üzü ağ çıxmış, bu ölkələr daim bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər.

Təsadüfi deyildir ki, Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirmişdir.

Ulu öndər Heydər Əliyev də öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi bir çağırış etmişdir: “Bir millət iki dövlət, Azərbaycan-Türkiyə”.

Xüsusi fərəh hissilə vurğulamalıyıq ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir.

Qürurla qeyd etməliyik ki, Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Bu qardaş ölkə hazırda dünya miqyasında güc mərkəzi kimi müsbət rol oynayır və bu, bölgəmizin sabitliyi üçün çox önəmlidir.

Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etmişdir. Onu da unutmamalıyq ki, Türkiyənin Ermənistanla sərhədlərini bağlaması Azərbaycana göstərilən həmrəylik aktının təcəssümüdür.

Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar vermişdir ki, Azərbaycan yalnız deyil, Türkiyə onun yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirmiş və birmənalı olaraq Azərbaycana dəstək vermişlər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək olmuşdur.

Əlbəttə, bu dəstək şanlı qələbəmizdən sonra da davam etməkdədir. 10 noyabr 2020-ci il tarixdə imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzi artıq fəaliyyət göstərir və bunun əsas məqsədi post müharibə dövründə nəzarəti həyata keçirmək, münaqişə zonasında hər hansı qarşıdurma olmaması üçün pilotsuz uçuş aparatları vasitəsi ilə monitorinq aparmaqdır.

Əlbəttə, monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmlidir. Belə ki, ola biləcək hər hansı gərginlik mərkəz tərəfindən izlənilərək onun qarşısının alınması üçün operativ şəkildə tədbirlər görüləcəkdir. Həmin mərkəzdə Türkiyənin olması bizim üçün çox önəmli bir haldır.

Hazırda Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanda Türk Ordusunun kiçik modeli yaranmaqdadır. Artıq bu sahədə əməli-praktiki işlərə başlanılmışdır. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı Türkiyə ilə fikir ayrılığı yoxdur, hədəflərimiz eynidir. Müharibədən sonrakı

dövr regionda əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün imkanlar yaradır.

Təbii ki, Azərbaycan-Türkiyə əlaqələrinin günü-gündən daha da möhkəmlənməsi düşmənlərimizi daim narahat edir və onlar hər vəchlə bu münasibətlərin korlanmasına, bu qardaş ölkələrin sürətli inkişafına mane olmağa çalışır, bu məqsədlə havadarlarının dəstəyinə arxalanırlar.

ABŞ Prezidenti C.Baydenin bu günlərdə qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat da məhz bu məkrli siyasətdən qaynaqlanır. Çox haqlı olaraq Azərbaycan Respublikasının Prezident İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı bu qərarın yanlış olduğu hər iki ölkə rəhbəri tərəfindən qınanılmışdır. Dövlətimizin başçısı Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulamşdır.

Söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirmiş, Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd etmişdir.

Prezident Rəcəb Tayyib Ərdoğan dəstəyə və ifadə etdiyi mövqeyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmiş, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırmışdır.

Dövlət başçıları həmçinin Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə etmişlər.

Oxşar xəbərlər