Çempionlar Liqasında 1/4 final başlayır

Çempionlar Liqasında 1/4 final başlayır UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə bu gün start veriləcək. İlk gündə yalnız bir qarşılaşma olacaq.

Koronavirusa görə yaranmış vəziyyət səbəbindən Portuqaliyada “dördlər finalı” şəklində keçiriləcək turnirdə ilk yarımfinalçının adına aydınlıq gələcək.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq görüşdə "Atalanta" PSJ ilə üz-üzə gələcək.

Qarşılaşma azarkeşsiz baş tutacaq.

12 avqust

Çempionlar Liqası, 1/4

23:00 “Atalanta” - PSJ

Oxşar xəbərlər