Ceyhun Bayramov Türkiyədə terror qurbanı olan şəhid diplomatları yad edib

Ceyhun Bayramov Türkiyədə terror qurbanı olan şəhid diplomatları yad edib Bu gün Türkiyədə səfərdə olan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə XİN-in binasında terror qurbanı olan şəhid diplomatların xatirə lövhəsilə tanış olub.
APA xəbər verir ki, C.Bayramovu Türkiyə Xarici İşlər Naziri Mövlud Cavuşoğlu müşayiət edib.
Nazir yazıb ki, xatirə lövhəsində adları əks olunan diplomatların arasında erməni terrorunun qurbanları da var.

Terroru qətiyyətlə pislədiyini qeyd edən C.Bayramov şəhid diplomatlara rəhmət diləyib.

Oxşar xəbərlər