Azərbaycanda boş nazir postlarına kimlər təyin ediləcək?

Azərbaycanda boş nazir postlarına kimlər təyin ediləcək? Xəbər verdiyimiz kimi, 16 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni Xarici İşlər nazirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Xarici işlər naziri təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə C.Bayramov Təhsil naziri vəzzifəsindən azad olunub.


21 may 2020-ci il tarixində Prezident İlham Əliyev Əbülfəs Mürsəl oğlu Qarayevi Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayaıb.

Artıq ölkədə hər iki nazirliyin nazir postları boşdur.


Müxtəlif KİV-də isə yeni nazirlərin kim olacağı barədə xəbərlər yayılmaqdadır. Bildirək ki, nazirlərin təyin edilməsi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə mümkündür. Buna görə, yazılan informasiyalar həqiqəti əks etdirmir.(qazet.az)

Oxşar xəbərlər