Sabunçu Gənclər Evinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Pandemiya və postpandemiya dövrünün biznesin inkişafına təsiri və sahibkarlıqda risklər və bazar təhlili” onlayn forumu keçirilib.
Gənclər evindən bildiriblər ki, Forumda 250-dən çox gənc iştirak edib.
Forumda beynəlxalq “Nevita” şirkətinin icraçı direktoru, Türkiyənin Müstəqil Sənayeçi və İşadamları Dərnəyinin (MÜSİAD) xarici inkişaf birliyinin sədri Yusuf Akbal, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin innovasiya, tədris və konsaltinq departamentinin müdir müavini Rəşid Salıfov, İstanbul Gənc Təşəbbüskarlar Birliyinin İdarə Heyətinin sədr müavini, MÜSİAD-in İdarə Heyətinin sədr müavini və “Argecon” korporativ konsaltinq şirkətinin ümumi əlaqələndiricisi Erdem Dereli çıxış ediblər.
Forum çərçivəsində pandemiyanın biznesə və onun inkişafına təsiri, pandemiya dövründə sahibkarlıqda risklər və bazar təhlili, postpandemiya dövrünün biznesinin gələcəyi, elektron ticarət və xarici bazarlar haqqında danışılıb.
Qeyd edək ki, Sabunçu Gənclər Evi Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.