Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə 28 may tarixində “TariximİZ-Şərqin günəşi” onlayn forumu keçirilib. Forum 100-ə yaxın gəncin iştirakı ilə sosial platforma üzərindən baş tutub.
“TariximİZ-Şərqin günəşi” onlayn forumunun keçirilməsində əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyəti dövrünün araşdırmacı tarixçiləri ilə gənclərin virtual görüşünü təşkil etmək, gənclərimizə tarixi həqiqətlərin aşılanması və onlar arasında Azərbaycançılıq məfkurəsinin təbliği olub.
Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra forumun açılış nitqini söyləyən Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev müasir Azərbaycan gənclərini cümhuriyyətin layiqli varisləri adlandırıb:
"İndi Azərbaycan gəncliyi müasir çağırışlara cavab verməklə yanaşı, həmçinin kökünə, tarixinə, millətinə və dövlətçilik ənənələrinə olduqca bağlıdır. Digər bir tərəfdən Azərbaycan Gənclərinin vətənpərvər ruhda tərbiyəsinin ən böyük təminatçısı kimi Dövlət Gənclər Siyasəti önəmli rola malikdir. Bu da təsadüfi deyildir. Belə ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra Müasir Azərbaycanın quruculuğu yolunda atdığı ən böyük addımlardan biri məhz Dövlət Gənclər Siyasətinin formalaşdırılması, Gənclər və İdman Nazirliyinin yaradılması olmuşdur. Cənab Prezident tərəfindən aparılmış islahatların nəticəsində də bu siyasət özünün ən uğurlu inkişaf həddinə çatmaqla hazırda bəhrələrini verməkdədir. Bu siyasətin mərkəzində də, vətənpərvərlik tərbiyəsinin olması bizə onu deməyə əsas verir ki, Azərbaycan layiqli varislərin - vətənpərvər, xalqına, millətinə, dövlətçilik ənənələrinə, tarixinə bağlı gənclərin əmin əllərindədir."
Daha sonra proqram çərçivəsində forumun spikerləri olan tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyə Əhmədova və Sübhan Talıblı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından süqutuna qədər olan dövr ərzində tarixi hadisələrin, bu müddət ərzində Azərbaycançılıq məfkurəsinin formalaşması və beynəlxalq siyasi proseslərin Azərbaycan dövlətçiliyinin müqəddəratına təsiri mövzuları müzakirə olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına səbəb olan daxili və xarici səbəblər, Cümhuriyyətin daxili siyasəti və dövlət quruculuğu, dövlətin süqutuna təsir edən amillər haqqında forum iştirakçılarına zəngin tarixi məlumatlar verən tanınmış tarixçi Firdovsiyə Əhmədova:
"Azərbaycan Cumhuriyyəti qurucularının uğurlarını vətənpərvərlik, peşəkarlıq və siyasi əzmkarlıq şərtləndirmişdir. Müsəlman şərqində ilk demokratik dövlətin qurucuları dövlətin və xalqın müqəddəratını şəxslərin və partiyaların fövqündə tutmağın parlaq nümunəsini yaratdılar. Azərbaycan Cümhuriyyəti xalqımızın demokratik cəmiyyətlərə mükəmməl təqdimat nümunəsidir"-
deyə öz nitqində qeyd edib.
Forumun digər qonağı tarixçi Sübhan Talıblı Cümhuriyyətin yaradılması prosesində ortaya çıxan ərazi mübahisələri, dövlətin xarici siyasəti və beynəlxalq münasibətləri, qonşu dövlətlərlə ikitərəfli münasibətləri mövzularına toxunub:
"Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti zaman etibarilə böyük bir dövrü əhatə etməsə də, XX əsr Azərbaycan tarixində xüsusi rol oynayıb. Dövrün tələbi və milli mənafeyimiz naminə bərqərar olan respublika milli sərvətlərimiz üzərində ali hakimiyyət hüququ əldə etməklə xalqımızın beynəlxalq aləmdə tanınması yolunda da mühüm addımlar atdı. XIX əsrin ilk illərindən çarizmin zülm yükünü öz üzərində daşımağa məcbur olmuş bir xalq, 1918-ci ilin 28 mayında milli istiqlaliyyətini elan etdi, müstəqil daxili və xarici siyasət yeritmək imkanı əldə etmiş oldu. Məhəmməd Əmin Rəsulzadə və onun məsləkdaşları qısa bir vaxtda yurdumuzun müstəqil bir ölkə kimi beynəlxalq aləmdə tanınmasına heç də asan yolla nail olmadılar, qarşıya son dərəcə ciddi maneələr çıxırdı."
"TariximİZ - Şərqin günəşi" forumu iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə öz işini sonlandırıb.
Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.