Koronavirus nə vaxt bitəcək?

Koronavirus nə vaxt bitəcək? Azərbaycanda gündəlik koronavirusa yoluxanların və ölənlərin sayında günbəgün azalma müşahidə olunur. Hətta iyulun 19-da sağalma yoluxanlardan təxmini iki dəfə çox olub. Belə ki, 388 nəfər koronavirusa yoluxub, 517-si isə sağalaraq evə buraxılıb. 5 nəfər isə dünyasını dəyişib. Son günlərdəki kimi yoluxanların sayı sürətlə azalmağa davam edərsə sentyabrın sonuna kimi Azərbaycanda koronavirus pandemiyası bitə bilərmi?
Professor Adil Qeybulla bildirib ki, rəsmi rəqəmlər o qədər də diqqət etməyin:
"Çünki rəsmi rəqəmlər koronavirus testindən keçən və müayinə olunan xəstələrə aiddir. Xeyli xəstələr var ki, onlar evdə müalicə olunur. Onlar heç bir yerə də qeydiyyata düşməyib. Bunların sayı nəzərə alınsa yoluxmaların sayı rəsmi rəqəmlərdən çox olar. Son Qrabağla bağlı yürüşlərdə insanların kütləvi şəkildə toplaşması və bir-biri ilə yaxın ünsiyyətdə olması yeni yoluxmaya rəvac verəcək. Yəqin onun nəticəsini yaxın günlərdə hiss edəcəyik. Ona görə də mən nikbin əhval ruhiyyədə deyiləm. Ona görə də Azərbaycanda koronavirus pandemiyasının sentyabrda və yaxın aylarda bitəcəyini düşünmürəm".(sonxəbər.az)

Oxşar xəbərlər