Erməni millətçiləri Ukrayna səfirliyinə hücum edib

Erməni millətçiləri Ukrayna səfirliyinə hücum edib Ukrayna Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı bəyanatına etiraz edən "Daşnaksütun" Gənclər Birliyinin üzvləri Ukraynanın İrəvandakı səfirliyinin binasına hücum ediblər.

"Sputnik Armenia" xəbər verir ki, Ukrayna səfirliyinin önünə toplaşan bir qrup üzv səfirlik binasına borş atıblar. Etiraz aksiyası bir neçə dəqiqə davam edib.

Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda Kiyevin beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında vəziyyətin siyasi yolla həllinin tərəfdarı olduğu qeyd olunub. Həmçinin BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi qətnamələr əsasında, Azərbaycanın tələb etdiyi bir sıra müddəaların icrası ilə münaqişənin sülh yolu ilə həll edilməsi yollarının axtarılmasına davam edilməsinin vacibliyi də vurğulanıb.

Bu yaxınlarda Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatı ilə əlaqədar olaraq, Ukrayna səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağrılmışdı.

Oxşar xəbərlər