Vahid Tağıyev: Ağsu rayonunda profilaktiki tədbirlərin həyata keçirilməsi işi daha da gücləndirilib

Vahid Tağıyev: Ağsu rayonunda profilaktiki tədbirlərin həyata keçirilməsi işi daha da gücləndirilib Ağsu rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev - Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlir

Hazırda hər kəsə bəllidir ki, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Ölkəmiz koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, əlavə olaraq Ümumdünya Səhiyyə Təşkilatına bir daha könüllü maliyyə töhfəsi ayrılacaqdır ki, bu dəstək zəruri ehtiyacların qarşılanması üçün koronovirusdan ən çox zərər çəkmiş Hərəkat üzvlərinə yönəldiləcəkdir. Habelə, Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilmiş və keçirilməkdədir.

Bu gün dünya üzərində müşahidə aparılsa, aydın şəkildə görünər ki, koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzisi bu sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə hələ də mübarizə aparmaqdadır. Bütün bunlara baxmayaraq əminliklə deyə bilərik ki, Azərbaycanın sözügedən vurusa qarşı həyata keçirdiyi siyasət çox uğurludur və bu təkcıə Azərbaycan xalqı tərəfindən deyil, eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən də təqdir edilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunur. Yeri gəlmişkən qeyd olunmalıdır ki, Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur. Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının göstəricisidir. Bu uğurların davamlı olacağı heç kəsdə şübhə doğurmur.



Ağsu rayonunda COVİD-19 infeksiyasına qarşı əhalinin maarifləndirilməsi işləri davam etdirilir

Vahid Tağıyev: Ağsu rayonunda profilaktiki tədbirlərin həyata keçirilməsi işi daha da gücləndirilib


Ağsu rayonunun bütün yaşayış məntəqələrində maarifləndirici posterlər yapışdırılır, flayerlər paylanır. Bu materiallarda 2 metr məsafə saxlamaq, maska taxmaq, əl ilə görüşməmək, öskürəndə ağızı tutmaq, ictimai nəqliyyatdan mümkün qədər az istifadə etmək, ehtiyac olmadıqda evdən çıxmamaq və digər tövsiyələr verilir. Parça maskanın ev şəraitində hazırlanması və ondan istifadə qaydaları da təlimatda yer alır.
Flayerlər əhalinin çoxluq təşkil etdiyi məkanlarda, o cümlədən küçə, park, ictimai nəqliyyat və dayanacaqda paylanılır. Bundan əlavə idarə, müəssisə və evlərə də verilir. Posterlər inzibati binaların, ticarət və iaşə obyektlərinin qapı və pəncərələrinə yapışdırılır. Tәşәbbüs çәrçivәsindә 22 min ədəd flayerin paylanılması, 4581 ədəd posterdən istifadə olunması nəzərdə tutulur.

Vahid Tağıyev: Ağsu rayonunda profilaktiki tədbirlərin həyata keçirilməsi işi daha da gücləndirilibVahid Tağıyev: Ağsu rayonunda profilaktiki tədbirlərin həyata keçirilməsi işi daha da gücləndirilibVahid Tağıyev: Ağsu rayonunda profilaktiki tədbirlərin həyata keçirilməsi işi daha da gücləndirilibVahid Tağıyev: Ağsu rayonunda profilaktiki tədbirlərin həyata keçirilməsi işi daha da gücləndirilibVahid Tağıyev: Ağsu rayonunda profilaktiki tədbirlərin həyata keçirilməsi işi daha da gücləndirilib
Vahid Tağıyev: Ağsu rayonunda profilaktiki tədbirlərin həyata keçirilməsi işi daha da gücləndirilib



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti dövründə ölkəmiz daha da inkişaf edərək regionun ən qudrətli dövlətinə çevrildi. Məhz aparılan düzgün sosial-iqtisadi islahatların nəticəsidir ki, bu gün regionlarımızda belə, dünyada analoqu olmayan iri həcmli layihələr həyata keçirilir, vətəndaşlarımızın sosial şəraiti durmadan yaxşılaşır, on minlərlə iş yerləri yaradılır.

Hər il olduğu kimi Ağsu rayonunun fəaliyyətini Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan qanunvericiyinə, tövsiyələrinə və Ağsu rayonunun 2020-ci il İş planına uyğun həyata keçirmişdir.

Regionların inkişafı Dövlət Proqramına uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi Ağsu rayonunda da son zamanda böyük işlər görülüb, təhsil, səhiyyə müəssisələrinin, inzibati binalarının, yeni yolların tikintisi və əsaslı təmiri aparılıb, su və kanalizasiya sisteminin çəkilişi davam etdirilib. Yeni Azərbaycan Partiyasının Ağsu rayon təşkilatı üçün müasir avadanlıqlarla təchiz edilmiş yeni inzibati binalar inşa olunub.

Ümumiyyətlə ölkə başçısı cənab İlham Əliyevin regionlarin inkişafına göstərdiyi diqqət və qayğı onun rayonlara səfərlərində və bu səfərlərdən sonra imzaladığı sərəncamlarda öz əksini tapır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeritdiyi uğurlu sosial–iqtisadi kursa uyğun olaraq bu gün Ağsu rayonunda ardıcıl surətdə tikinti, abadlıq və yenidənqurma işləri davam etdirilir.

Mövcud qanunvericiliyə və təsdiq edilmiş İş planına əsasən hər ay Ağsu rayonunun ümumi iclasları keçirilmiş, baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Baxılmış məsələlər arasında sosial-maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, Ağsu rayon sakinlərinin imkanlarımız daxilində müraciətlərini nəzərə alaraq küçə divarlarının suvaqlanması, rənglənməsi, bəzək işləri və təmir işləri görülmüşdür.

Ağsu rayon sakinləri də öz fəaliyyətində bu mühüm amilləri əsas götürərək şəhərin yeni inkişaf və quruculuq planlarına uyğun şəkildə abadlaşdırılması sahəsində fəal iştirak etmişdir.

Ağsu rayon sakinləri 2020-ci ildə öz əksini tapmamış nöqsanların aradan qaldırılması üçün 2021-ci ildə daha yaxşı işləmək üçün Ağsu rayonunun adından söz verir və öz fəaliyyətimizi Azərbaycan Respublikası Qanunları üzərimizə qoyduğu tələblərini nəzərə alaraq bütün qüvvəmizi səfərbər edərək öhdəsindən gəlməyə çalışacayıq.

Ağsu rayonu gündən-günə gözəlləşir. Şəhərin təmiz qalmasında, parkların, fontanların, tarixi abidələrin qorunub saxlanmasında, təmirində, daha geniş layihələrin həyata keçirilməsində Ağsu rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyevin əzmlə işləməsi üçün yaxından köməklik göstərməyinizi xahiş edirik!

Vahid Tağıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Oxşar xəbərlər