Elnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib - Fotolar

Elnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib - Fotolar 17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisin deputatı Elnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib.

Sosial məsafənin qorunması və Nazirlər Kabineti yanında Operativ Qarargahın təlimat və tövsiyyələrinin nəzərə alınması ilə keçirilən qəbul Yeni Azərbaycan Partiyası Yasamal Rayon təşkilatının binasında baş tutub. Deputat seçiciləri fərdi qaydada dinləyib, onların qaldırdıqları məsələlərlə maraqlanıb.

Covid-19 pandemiyası ilə əlaqədar seçicilərlə görüşün intensivliyi və kütləviliyinin məqsədəuyğun olmadığını nəzərə alaraq dairə sakinləri ilə ünsiyyət videobağlantı və fərdi qaydada davam etdirilir. Seçiciləri maraqlandıran problemlər sırasında hüquqi yardım, mənzil təminatı, sosial müavinətlərin alınması, məşğulluq məsələləri çoxluq təşkil edib. E.Allahverdiyev dairə sakinlərinin qaldırdıqları problemlərlə yaxından maraqlanacağını və həllinə nail olmağa çalışacağını bildirib.

Qeyd edək ki, may ayında E.Allahverdiyevə seçiciləri tərəfindən 456 müraciət daxil olub, bunlardan 452-i həllini tapıb, 3-ü deputat sorğusu ilə icra orqanlarına yönəldilib, biri isə əsassız hesab olunub. Ümumiyyətlə, son 3 ayda millət vəkili və komandasının üzvləri 1815 ailədə olublar.


Elnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib - FotolarElnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib - FotolarElnur Allahverdiyev seçiciləri ilə növbəti görüşünü keçirib - Fotolar

Oxşar xəbərlər