Fidan Sultanova: “İnsanlar əl gigiyenasına diqqət etsinlər”
“Qarşıdakı bir il ərzində “СOVID-19” xəstəliyi bizləri tərk etməyəcək, virus aktual olaraq qalacaq”. Bunu Modern.az saytına müsahibəsində Türkiyədə “REACT-C19” layihəsinin iştirakçısı, Qazi Universiteti Tibb fakültəsinin xəstəxanasında infeksiya xəstəlikləri və klinik mikrobiologiya üzrə rezident Fidan Sultanova bildirib.
Aprel ayında Türkiyədən koronavirusla mübarizə üçün gələn azərbaycanlı həkimlərdən ibarət 19 nəfərlik heyətin iştirakçısı olan Fidan Sultanova mövcud pandemiya ilə bağlı suallarımızı cavablandırıb:
– Fidan xanım 19 nəfərlik həkim heyəti Azərbaycanda nə qədər qalacaq?
– Qrup halında aprel ayından Azərbaycanda fəaliyyət göstəririk. Mövcud vəziyyətə uyğun olaraq iyun ayının sonunda Türkiyəyə qayıtmağı planlaşdırırıq.
– Hər gün səhərdən axşamadək çalışırsınız ya növbəli işləyirsiniz?
– Bəli, səhərdən-axşamadək fasiləsiz çalışırıq. Axşam müəyyən vaxtlarda sahə kordinatorlarımızla qarşılaşdığımız problemləri videokonfrans şəklində bölüşürük. Konfransda fikir mübadiləsi apardıqdan sonra görüləcək işlərdən danışırıq. Yəni əslində axşam evdə olanda belə, işlə məşğul oluruq. Rayonlarda olanda xəstənin vəziyyəti ağırdırsa, birbaşa onun yanına gedərək, ümumi dəyərləndirmə etdiyimiz də olur.
– Sizə, eləcə də Türkiyədən gələn digər həmkarlara ailələrinizlə görüşmək şansı verilibmi? Ya hələ buna imkan olmayıb?
– Bəli, bizə ailələrimizlə görüşmək şansı verilib. Amma onu da deyim ki, Türkiyədə, eləcə də Azərbaycanda test edildikdən, nəticələrimiz mənfi olandan sonra bizə bu şans verilib. 14 gündən bir yenə də test olunuruq və testin cavabı çıxanadək özümüzü izolyasiya edirik. Bundan sonra yaxınlarla görüşməyə imkan olur. Lakin xəstələrlə təmasda olduğumuz üçün mümkün olduğu qədər yaxınlarımızla ünsiyyət zamanı diqqətli olmağa çalışırıq. Yəni maska taxırıq, məsafəni qoruyuruq ki, bu da həqiqətən çox çətindir.
– Doktor, Azərbaycandakı mövcud vəziyyəti qiymətləndirmənizi istərdik…
– Azərbaycanda vaxtında karantin rejiminin tətbiq olunması xəstə sayının digər ölkələrə nisbətdə daha az olması ilə nəticələndi. Lakin onu da deyim ki, insanların virusa inanmamağı gələcəkdə böyük fəsadlara yol aça bilər. Düzdür, yayılan bəzi yanlış məlumatlara görə insanlar qorxur, hətta bəzi şəxslərdə psixoloji problemlərin də ortaya çıxdığının şahidi oluruq. Ancaq hər kəs lazımı tədbiri alsa, qaydalara əməl etsə, xalq olaraq bu xəstəliyə qalib gələ biləcəyik.
– Bütün rayonlara baş çəkəcəksiniz? Qrafikiniz necədir?
– Bakıda 14 gün xəstəxanada olduqdan sonra qərb rayonlarına getdik. İndiyədək Gəncə, Goranboy, Şəmkir və Ağdaşda olmuşuq. 19 nəfərlik heyət 4-5 nəfərlik qrulara ayrılıb işini davam etdirir. Bundan sonrakı qrafikimiz hələ ki bu rayonlar üzrədir. Bakıya qayıtmaqla bağlı isə qərar yoxdur. Əgər zərurət yaranarsa, geri qayıdacağıq.
– Deyirlər kişilər ağrıya daha dözümlü olur. İndiki halda xəstələriniz arasında qadınlar daha dözümlüdür yoxsa kişilər?
– Dünya statistikasına baxdıqda, virusa yoluxanların böyük əksəriyyəti kişilərdir. Amma Azərbaycanda virusa yoluxanların 57 faizini qadınlar təşkil edir. Xəstəliyə dözümlülük baxımından konkret nəsə demək mümkün deyil, çünki bu fərdə görə dəyişir.
– Xəstəliyə yoluxan uşaqların vəziyyəti necədir? Onlar xəstəliyi necə keçirir?
– Uşaqlar “COVID-19” xəstəliyini məlum olduğu kimi yüngül keçirirlər. Azərbaycanda virusa yoluxan uşaqların vəziyyəti normaldır. Düzdür, uşaqlara maska taxmaq, onları virusdan qorumaq daha çətindir. Amma bunu nəzərə almaq lazımdır ki, uşaqlar bu xəstəliyi yüngül keçirsələr də, istənilən halda onlar daşıyıcıdırlar. Mümkün olduğu qədər əgər uşaqlarda qrip, qızdırma sindromu varsa onların yaşlı insanlarla təmasını azaltmaq lazımdır.
– Fidan xanım, Britaniya mütəxəssislərinin fikrincə, koronavirus hamilə qadınlar üçün ciddi təhlükə deyil. Amma bilirik ki, hamiləlik dövründə qadınlarda müxtəlif xəstəliklər əmələ gəlir, yəni immun sistemləri daha zəif olur. Sizcə bu virusun onlara təsir etməməsi nə dərəcədə doğrudur?
– İstər Türkiyədə, istərsə də Azərbaycandakı müşahidələrimizə görə maraqlı məqam odur ki, hamilə qadınlar mövcud xəstəliyi daha yüngül keçirirlər. Amma hamilə qadında əlavə olaraq ağır pnevmoniya varsa, onlar üçün xüsusi müalicə tətbiq edilir.
– Burda bəzi televiziya kanalları virusa yoluxmuş xəstələrlə reportaj hazırlayıb. Gördüyümüz qədəri ilə onlar ayrı-ayrı otaqlarda müalicə alır. Bunun səbəbi nədir?
– Xəstəxana şəraitində xəstədən-xəstəyə müxtəlif infeksiyaların yoluxmaması üçün lazımı tədbirlər görülməlidir. Yəni tənəffüs gigiyenası, əl gigiyenası qorunmalıdır. Bu baxımdan Azərbaycanda xəstəxanalarda xəstələr ayrı-ayrı otaqlarda müalicə alır. Amma dünya təcrübəsində də var ki, eyni otaqda 1 metr məsafənin qorunması şərti ilə bir neçə xəstə müalicə ala bilər.
– Əksər ölkələrdə küçəyə çıxma qadağası 65 yaşüstü insanlara qoyuldu. Türkiyədə də ilkin olaraq bu qayda tətbiq edildi, ardınca da 20 yaşdan aşağı gənclərə məhdudiyyət tətbiq edildi. Buna səbəb nə idi?
– 65 yaşüstü insanların küçəyə çıxmasına qadağa qoyulmasına səbəb onların xəstəliyi daha ağır keçirmə riskinin olmasıdır. 20 yaşdan aşağı gənclər isə simptomlar hiss edilmədən virusu daşıya bildiyi üçün onlara küçəyə çıxmaq qadağası qoyulmuşdu. Yəni özləri də bilmədən ətrafdakıları yoluxdurmasınlar deyə.
– Bir çox mütəxəssislər deyir ki, koronavirus sadəcə qripdir, bütün dünya bu qripə yoluxacaq və 1-2 il ərzində bitəcək. Sizin bu məsələyə münasibətiniz?
– İndiyədək dünyada bir çox pandemiyalar olub. Qrip də daxil sars kimi ağır viruslarla hamı mübarizə aparıb. Hazırda çalışmalar onu göstərir ki, “COVID-19” ən azı bir il bizimlə bərabər olacaq. Təbii ki, xəstəliyin dinamikası müxtəlif formalarda azala yaxud da pik həddə çata bilər, amma 1 il müddətində virus aktual olaraq qalacaq.
– Rayonlarda ümumi mənzərə necədir? Virusa yoluxanlar xaricdən gələn azərbaycanlılardır ya rayonlarda yerli əhali arasında da yoluxma halları olur?
– “COVID-19”un Azərbaycanda yayıldığı ilk zamanlarda xaricdən virusun gəlmə faktoru çox önəmli idi. Amma indiki vəziyyətdə yerli əhali arasında olan təmas vasitəsilə virus daha çox yayılır. Çünki məlum olduğu kimi, yollar bağlıdır və xaricdən virusun gəlmə ehtimalı çox azdır.
– Bildiyiniz kimi, karantin rejimi yumşaldılıb. Sizcə, bu yumşaldılma prosesi ciddi fəsadlara yol açmayacaq ki?
– Ölkədə karantin rejiminin tətbiq olunmasını dəstəkləyirəm. Azərbaycanda karantin rejimi vaxtında tətbiq edildiyi üçün xəstələrin də sayı az oldu. Amma karantin rejimi yumşaldıqdan sonra virusa yolxanların sayının nisbətən artdığını görürük. Lakin insanların psixoloji durumunu da nəzərə alıb mütəmadi olaraq karantin rejimini tətbiq etmək olmaz. Sadəcə olaraq müəyyən fasilələrlə karantin rejimi sərtləşdirilərsə, xəstəliyi nəzarət altına almaq mümkün olar. Amma yenə də ən önəmli faktor odur ki, insanlar öz məsuliyyətlərini dərk edib həm özlərini, həm də ətrafdakıları qorumağı özünə borc bilməlidirlər. Əgər bu məsuliyyəti hər kəs dərk edərsə, mütəxəssis kimi düşünürəm ki, o zaman karantin rejimi yumşalsa da, ciddi fəsadlar ortaya çıxmayacaq.
– Hazırda pandemiyaya yoluxan və bu prosesi ağır keçirən xəstələrdə hansı əlavə xəstəliklər müşahidə olunur. Çünki belə eşitmişik ki, yalnız əlavə xəstəliyi olanlar və immun sistemi zəif şəxslər koronavirusu ağır keçirir…
– Şəkər xəstəliyi, yüksək təzyiqi olanlar, immun sistemi aşağı olan hematoloji xəstələr, immun sisteminə basqı edən dərmanları qəbul edənlər, ürək-damar xəstəliyi olanlar risk altındadırlar. Ona görə təkcə yaşlılar yox, bu cür problemi olan şəxslər də xəstəlikdən xüsusilə qorunmalıdırlar. Virusdan nə qədər qorunmağa çalışsaq da bilməliyik ki, virusa hansısa şəkildə biz də yoluxa bilərik. Ona görə xəstəliyin simptomlarını hiss etdikdə dərhal xəstəxanaya müraciət etmək lazımdır. Xüsusilə də əlavə xəstəliyi olanlar virusu daha ciddiyə almalıdır. Onu da deyim ki, xəstəxanaya vaxtında müraciət olunanda, protokollara uyğun dərmanlar veriləndə xəstələrin sağalma ehtimalı daha çox olur.
– Bəziləri iddia edir ki, “COVID-19” laborotoriya şəraitində yaradılmış bioloji silahdır. Sizin bu fikirlərə münasibətiniz?
– “COVID-19”un laboratoriya şəraitində yaradılması uyğunsuzdur. Çünki bu virusun yaranması üçün canlı mühit lazımdır. Virusu mutasiyaya uğradıb, yeni növ virus yaratmaq düşündüyünüz qədər bəsit məsələ deyil.
– Dünya həkimlərinə nə kimi çağırışınız olardı?
– Düşünürəm ki, bütün dünya üzrə bu istiqamətdə çalışan həkimlərimiz əllərindən gələni edirlər. Düzdür, bəzi həkimlər bu xəstəliyə görə narahat olur. Amma xüsusi qoruyucu vasitələrdən istifadə edirlərsə, virusdan qorxmaq lazım deyil. Vacib tədbirləri görüb insanları müdafiə etməyimiz lazımdır.
– İnsanlara müraciətinizi də eşitmək istərdik…
– Əgər xəstəliklə mübarizəni doğru şəkildə aparsaq, bu xəstəlikdən qurtula biləcəyik. Bundan əvvəl də dünya müxtəlif pandemiyalarla üzləşib və mübarizədə qalib gəlib. İnsanlarımıza demək istərdim ki, ilkin olaraq əl gigiyenasına diqqət etsinlər. Əlləri sabunla yumaq çox önəmlidir. Bu o demək deyil ki, əllərimizi bütün gün spirtlə dezinfeksiya etməli, yumalıyıq. Sadəcə, çirkli əşyalara toxunduqda əllərimizi üzümüzə və gözümüzə vurmamışdan qabaq spirt istifadə etməyimiz lazımdır. ÜST tərəfindən gündəlik olaraq 70 faizlik spirt istifadə olunması tövsiyə edilir. Amma Azərbaycanda 95 faizlik spirtdən istifadə edirlər. Bu spirtlərin tərkibinə 250 ml disterilin su əlavə edib 70 faizlik spirt halına sala bilərik. İstifadə etdiyimiz telefon yaxud digər əşyalarımızı həmin spirtlə təmizləməyimiz lazımdır. Şəhərə gəzməyə çıxarsaq, əgər insanlarla aramızda 1-2 metr məsafə varsa, maska taxmağa ehtiyac yoxdur. Çünki açıq havada virusun yayılma ehtimalı qapalı məkanlara nisbətdə daha azdır. Xəstə, qrip olan şəxslərin maska istifadə etməsi daha önəmlidir.