Gürcüstanda mayın 22-dən sonra fövqəladə vəziyyət rejimi və komendant saatı ləğv olunacaq.
Gürcüstanın Baş Naziri Giorgi Qaxariya açıqlama verib. O, bu qərarın ölkənin iqtisadi və sosial baxımdan tədricən həyata qayıtmasının vacib olduğu üçün verildiyini bildirib.
Qeyd edək ki, Gürcüstanda bu günə qədər 721 nəfər koronavirusa yoluxub, 12 nəfər xəstəlik səbəbindən həyatını itirib. Ölkədə fövqəladə vəziyyət rejimi martın 21-dən etibarən tətbiq olunurdu.