"Vətəndaşlar və dövlət, özəl təşkilatlar üçün iki fərqli istiqamətdə sistem yaradılıb. Bunun biri "icaze.e-gov.az" portalıdır, hansı ki, buradan dövlət qurumları və öz təşkilatları daxil olub öz əməkdaşları üçün xususi karantin rejimində icazə ala bilirlər. Artıq 49 mindən çox təşkilat 758 minə yaxın əməkdaşına icazə alıb".
Qafqazinfo xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov AzTV-də yayımlanan "Hədəf" verilişində deyib.
Qurum rəhbəri 8103 SMS icazə xidməti ilə bağlı da statistikanı açıqlayıb:
"8103 SMS icazə xidmətinə gəlincə, indiyədək vətəndaşlar tərəfindən 16 milyon SMS göndərilib. Onlardan 72 faizinə müsbət cavab verilib. Ən çox istifadə olunan 2 kodudur. Bu da gün ərzində bir dəfə olmaqla iki saatlıq icazədir. Bu günə qədər, 2,8 milyon vətəndaşımız bu xidmətdən istifadə edib. Gün ərzində orta hesabla sistem 1 milyona yaxın SMS qəbul edir. Gələn SMS-lərin 17-18 faizinə neqativ cavab verilir. Bu isə SMS-i təkrar göndərilməsi və formata uyğun olmamasıyla əlaqədardır".